Siyasət

  • 17 154

"Radikal müxalifət özünün ən zəif dövrünü yaşayır" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, indiki zamanda Azərbaycan hakimiyyəti, iqtidar özünün ən güclü zamanını, radikal müxalifət isə özünün ən zəif dövrünü yaşayır. Çünki onlar sosial bazadan demək olar ki, məhrum olub, əhatəsi isə getdikcə daralır. Belə məqamda Azərbaycan iqtidari bütün müxalifətə, o cümlədən radikal müxalifətin özünə də əl uzatdı. Hətta deyərdim ki, bu sıradan elə-belə ekspromt hadisə deyil. Çünki dövlət başçısı Prezident seçiləndən sonra ilk andiçmə mərasimindən bu yana islahatlar proqramını elan etdi". Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.Partiya sədrinin sözlərinə görə, dövlət başçıısı bütün sahələrdə islahatlarla yanaşı eyni zamanda Azərbaycandakı demokratik mühitin gücləndirilməsi, çoxpartiyalılıq sisteminin daha yaxşı təmin edilməsi üçün bir sıra proqram və layihələrlə çıxış etdi: "Həmçinin Azərbaycan Milli Məclisində çox ciddi dəyişikliklər oldu. Tarixdə ilk dəfə olaraq parlament rəhbərliyində müxalifət nümayəndəsi müavin statusuna yiyələndi. Milli Məclisin Komitə sədrlərinin müavini, İntizam Komissiyasının sədr müavini müxalifət nümayəndələri oldu. Cənab Prezidentin bir sıra sahələr üzrə təklifi anlaşıqlı qarşılandı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev radikal müxalifət istisna olmaqla bütün müxalifət partiyalarının rəhbərləri ilə görüşlər keçirdi. Həmin görüşdə çox xoş bir aura yarandı və insanlar bir-birini başa düşməyə başladılar. Xüsusilə pandemiya şəraitində əməkdaşlığın nə qədər zəruriliyi önə çəkildi.Prezidenti İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında da bir daha vurğuladı ki, Azərbaycan xalqı və cəmiyyəti pandemiyaya qarşı mübarizədə yekdildir və inanıram ki, bu bəla qurtarandan sonra da özünün bu yekdilliyini qoruyub saxlayacaqdır. Əlbəttə ki, belə vəziyyətdə radikal müxalifətin cığallıq etməsi, ona uzadılan əldən imtina etməsi ilə onu daha da quyuya saldı. Onlar elə zənn etdilər ki, radikallıq etməklə ətraflarında müəyyən sosial qüvvə toplaya və güc mərkəzinə çevrilə biləcəklər. Ancaq insanlarımız onların yolu ilə getmədilər. Xalqımız pandemiyaya qarşı mübarizə şəraitində bütün iqtisadi proqramların yerinə yetirilməsini ancaq iqtidardan gözlədi".

sia.az

Digər xəbərlər