Siyasət

  • 17 037

“Nəvə Paşinyanın Njde və Dro sevgisi faşizm təəssübkeşliyinə söykənir” ÖZƏL-ŞƏRH

image

Əslində, Nikol Paşinyanının babasının faşistlərə qulluq etməsi təəccüblü deyil, çünki, erməni ideologiyası ilə faşist ideologiyasının arasında da elə bir fərq yoxdur. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Politoloq vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub.“Təkcə bu fakt yetərlidir ki, etnik təmizləmədən sonra, ölkədə 98 faiz erməni yaşayır və Ermənistan monoetnik dövlətə çevrilib. Çıxışlarında Njdeni müdafiə etməsi, Münhen debatlarında kral Tiqrana istinad etməsi də göstərir ki, əslində elə Paşinyan özü də ultra millətçi faşist cərəyanının təbliğatçısıdır. Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi kimi göstərilə bilər.İşğalçı Ermənistan Qaragin Njde kimi faşistə heykəl qoymaqla bu gün də faşist ideologiyasına sadiq qaldığını nümayiş etdirir. Baba Paşinyanın Hitlerə xidmət etməsi faktı sübut edir ki, nəvə Paşinyanın Njde və Dro sevgisi həqiqətən faşizm təəssübkeşliyinə söykənir. Paşinyan faşizm təəssübkeşi olmasaydı, faşist cəlladlara Ermənistanda qoyulmuş abidələri belə ürəkdən müdafiə etməzdi. Paşinyanın faşizmə təəssübkeşliyinin arxasında babasının vaxtilə Hitlerə satılması faktı əsas rol oynayır”, deyə Yusif Bağırzadə bildirib.

sia.az

Digər xəbərlər