Siyasət

  • 19 497

“Prezident demokratik prinsiplərin, sabitliyin, həmrəyliyin tərəfdarıdır” ÖZƏL-MÜNASİBƏT

image

"Dövlətimizin başçısı cənab İlham Əliyev ilk dəfə, 2003-cü ildə prezident seçilərkən, nəinki ölkə vətəndaşlarına, bütövlükdə bütün dünyaya bəyan etdi ki, mən sülhün, əminamanlığın, birliyin, həmrəyliyin tərəfdarıyam və hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam". Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, artıq verilən vədin nəticələri göz önündədir və ölkə rəhbəri ilk gündən bu günə kimi sözünə sadiqliyini öz fəaliyyəti ilə doğruldur: “Cənab Prezident demokratik prinsiplərə, siyasi partiyaların fəaliyyətinə, söz, mətbuat azadlığına, siyasi sistemin təkmilləşdirilməsinə, partiyaların, ictimai-siyasi təşkilatların, qeyri-hökumət təşkilatlarının, jurnalistlərin, politoloqların ölkənin mənafeyi naminə vahid mövqedən çıxış etmələrinə, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunmasına, respublikada sabitliyin qorunmasına, hər bir insanın hüquq və azadlıqlarının mühafizəsinə böyük önəm verir. Nəinki önəm verir, bunu öz fəaliyyəti ilə reallığa çevirir. Çünki, bu ölkənin inkişafı, beynəlxalq aləmdə tanınması, vətəndaşların xoşbəxtliyi və gələcəyi üçün çox vacibdir".Komitə sədri bildirib ki, cənab Prezident dünyada baş verən hadisələri, reallıqları qiymətləndiməyi bilən və qarşıya çıxa biləcək problemləri qarşılayıb aradan qaldırmaq bacarığına malik olan bir rəhbər, xalqını, vətənini ürəkdən sevən, onun qayğısı, sevinci və kədəri ilə yaşayan bir liderdir: "O, tariximizi yaxşı bilir. Başımıza gətirilən bəlaların hardan qaynaqlandığını düzgün qiymətləndirməyin, qarşıda duran vəzifələrin vacibliyinin fərqindədir. Siyasi müdrikliyə malik olan bu insan Ulu Öndər Heydər Əliyev məktəbini keçib. Xalqımızın faciələrini, dərəbəyliyin, özbaşınalığın, siyasi savadsızlığın törətdiyi bəlaları öz gözləri ilə görüb. Onun ağrılarını yaşayır və bu gün də yaşamaqdadır. Məhz buna görə də Cənab İlham Əliyev demokratik prinsiplərə hər bir kəsin əməl etməsinin, qayda-qanunun təmin olunmasının, hüququn aliliyinin gözlənilməsinin, sabitliyin, birliyin, həmrəyliyin tərəfdarıdır. Çünki, sabitlik, azad söz, siyasi yetkinlik, həmrəylik olmayan ölkədə inkişaf, tərəqqi yoxdur. Əgər Azərbaycan bu gün dünyada inkişaf edən bir dövlət kimi tanınırsa bu məhz Azərbaycan Prezidentinin hüquqa, ali dəyərlərə, insanlığa sadiqliyinin, xalq-iqtidar birliyinin, vətəndaş həmrəyliyinin nəticəsidir. Ölkə rəhbərinin uğurları xalqdan, insanların Cənab Prezidentə olan inam və etimadından qaynaqlanır. Qarşılıqlı hörmət və etimad isə ölkəmizi inkişaf etdirir”.

sia.az

Digər xəbərlər