Siyasət

  • 19 407

"Yekun qərar Avropadan Ermənistana növbəti zərbədir" AÇIQLAMA

image

"Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı Avropadan Ermənistana növbəti zərbədir". SİA xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarına münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.O bildirib ki, hazırda dünyada baş verən və bir çox ölkələrin siyasi, iqtisadi nüfuzunu sarsıdan pandemiyanın informasiya gündəmini zəbt etməsi ilə əlaqədar bəzi məsələlərə yetərincə diqqət yetirilmir: "Lakin may ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı diqqətdən kənarda qalan məsələlər sırasında deyil. Belə ki, bu qərar çox ciddi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Ermənistana, eləcə də onun destruktiv siyasətinə Aİ tərəfindən güclü bir zərbə kimi qiymətləndirilməlidir".Millət vəkili qeyd edib ki, söhbət ŞT proqramı çərçivəsində ölkələrlə Avropa ittifaqının münasibətlərinin tənzimlənməsi və gələcəkdə ŞT üzv dövlətlərinin növbəti Zirvə görüşündə qəbul olunacaq sənədlərə dair tövsiyələrdən gedir: "Azərbaycan olaraq həmişə beynəlxalq təşkilatlarla münasibətlərdə qanunun aliliyini, beynəlxalq qanunun, bu istiqamətdə Helsinki Yekun Aktının beynəlxalq sənədlərdə tətbiq olunmasına tərəfdar çıxmışıq. Heç bir siyasi konyukturadan asılı olmayaraq vahid yanaşma və ümumi beynəlxalq qanuna söykənən prinsiplərin mövcudluğunun əhəmiyyəti haqqında dəfələrlə çıxış etmişik və edirik. Məhz mayın 11-də Avropa İttifaqı Şurasının qərarının 2-ci bəndində ŞT-nin siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional "ölçüsü" olan ŞT-nin strateji əhəmiyyətini bir daha vurğulayaraq, Şərq Tərəfdaşlığının vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyini, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara söykənən əsas prinsiplərini təsdiq edir.Bu, sadəcə sözlər deyil, bu, Aİ-nin Şərq Tərəfdaşlığı proqramında olan ölkələr ilə münasibətlilərin tənzimlənmə prinsipləridir. Prinsiplər bu şəkildə təqdim edilirsə, bu, Azərbaycanın maraqlarına tam uyğun, ermənilərə isə növbəti zərbədir".S. Seyidov qeyd edib ki, Paşinyan və onun ətrafında olan separatçılar uzun müddətdir Qarabağ separatçılarının tərəf kimi danışıqlara cəlb olunmasına cəhd göstərirlər: "Bu, diqqət edilməli məqamdır. Azərbaycan Prezidenti dəfələrlə bu siyasətin iç üzünü açaraq onun məntiqsizliyini dünya ictimaiyyətinə təqdim edib, bu qərar ilə danışıqlar formatının razılışadırılmış formada davam etdirilməsi Aİ tərəfindən bir də təsdiq olunub. Bu, o deməkdir ki, ölkələrin ərazi bütövlüyü suverenliyə hörmətlə və bu prinsipləri həyata keçirməklə, pozulmuş, münaqişə nəticəsində zəbt olunmuş, işğal olunmuş torpaqların məsələsi razılaşdırılmış formatda öz həllini tapmalıdır. İkincisi, bu, Azərbaycanın xarici siyasətinin, ölkə Prezidentinin vurğuladığı məsələlərin həmin beynəlxalq təşkilat tərəfindən dəstəklənməsi deməkdir. Nəhayət, üçüncüsü, Aİ Şurası ŞT üzvü olan Azərbaycan ilə bütün sahələrdə geniş əlaqələri qurmaqda maraqlı olduğunu və əlaqələrin genişlənməsinə, inkişaf etdirilməsinə səy göstərilməsini bəyan edib. Deməli, ərazi bütövlüyünü tanıyan, razılaşdırılmış formatda danışıqları aparan Avropa Birliyi ilə əlaqələrin təşkil olunması Aİ Şurasının sənədlərində də həllini tapıb. Bu, Ermənistanın yalan, böhtan əsasında aparılan destruktiv siyasətinə böyük zərbədir. Biz bu istiqamətdə səylərimizi davam etdirməli və Avropanın beynəlxalq təşkilatlarında Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməliyik".Qeyd edək ki, may ayının 11-də Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarı dərc edilib.

sia.az

Digər xəbərlər