Siyasət

  • 17 518

"Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb" Vitse-spiker

image

"Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.O bildirib ki, bu, Baş nazir Nikol Paşinyanın sayıqlamasıdır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz. Paşinyana faşistpərəst adı verirlər. Pərəst o adam olur ki, istədiyi ideologiyaya sevinir. Paşinyanda pərəstiş olmayıb, o, xəyanət edib və ideologiyadan istifadə edib”.

sia.az

Digər xəbərlər