"Prezident tarixçilər, ictimai fəallar qarşısında yeni vəzifələr müəyyənləşdirdi"

Milli Məclisin deputatı Hikmət Babaoğlu xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat qeyd edib ki, xaricdə tədris bitdiyi üçün olan tələbə yataqxanaları fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklərlə üzləşə bilərlər.Onun sözlərinə görə, bu baxımdan tələbələrin öz hesabına çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi məsələsi aktualdır: “Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, vətəndaşlarımız xüsusi çarter reysləri ilə ğlkəmizə gətirilsin. Düşünürəm ki bu məsələni həll etmək lazımdır”.H.Babaoğlu çıxışı zamanı həmçinin məcburi köçkünlər üçün salınan "Qobu Park 3" yeni yaşayış kompleksinin açılışına münasibət bildirib. Bunun ölkəmizdə məcburi köçkünlərə diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb: "Prezident İlham Əliyev açılış zamanı çıxışında 90-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələyə toxunaraq həm sovet dövründə olan satqınları, xəyanətkarları və danos yazanları xüsusi vurğulamaqla, həm də torpaqlarımızın işğalına səbəb olan AXC-müsavat cütlüyünün xəyanətini bir daha tənqid etdi. Düşünürəm ki, bu çox vacib idi. Çünki, tarixi yaddaş milli yaddaşımızın əsas kompanentidir və öz tarixi faciələrini yaddan çıxaranlar onun yenidən yaşamağa məhkumdurlar. Bu mənada düşünürəm ki, Azərbaycan prezidentinin çıxışı mühüm bir kompleks sənəd idi və tarixçilər, ictimai fəal fərdlər qarşısında yeni vəzifələr müəyyənləşdirdi".

sia.az