Siyasət

  • 12 356

"Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib" - Ukraynanın Azərbaycandakı səfirliyinin müşaviri

image

Azərbaycanla Ukrayna arasında ikitərəfli enerji əməkdaşlığının potensialı tükənməyib.Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk deyib.O bildirib ki, bu baxımdan perspektiv istiqamətlərdən biri Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, enerji obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılmasıdır.S.Ştelyuk xatırladıb ki, 2020-ci il mayın 5-də Ukrayna baş nazirinin müavini Aleksey Reznikov, infrastruktur naziri Vladislav Krikli və “SOCAR Energy Ukraine” şirkətinin pərakəndə ticarət üzrə direktoru Sergey Kolençenko tərəfindən imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “Çonqar” nəzarət-buraxılış məntəqəsində xidmət qovşağının tikintisi layihəsinin birgə reallaşdırılması nəzərdə tutulub.Müşavirin sözlərinə görə, enerji sahəsi son dövrlərdə fəal inkişaf edən Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının aparıcı istiqamətlərindən biridir:“Xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildən Ukraynanın neft emalı müəssisələri üçün əsas neft tədarükçüsüdür”.S.Ştelyuk bu kontekstdə SOCAR-ın Ukraynadakı fəaliyyətinin şaxələndirilməsini qeyd edib:“SOCAR Ukraynanın pərakəndə neft məhsulları bazarının fəal iştirakçısıdır. Bu şirkətin brendi altında Ukraynanın bütün regionlarında 60-dan çox yanacaqdoldurma məntəqəsi işləyir. Son zamanlarda SOCAR Ukrayna qaz bazarının aparıcı operatoruna çevrilib”.

sia.az

Digər xəbərlər