Siyasət

  • 14 923

“Qaydalara riayət etmək vətəndaşların sağlamlığı üçün çox önəmlidir” ÖZƏL-MÜNASİBƏT

image

Koronavirusun yayılması ilə bağlı iki günlük qapanma elan edilir ki, bu heç də ölkədə müəyyən təhlükəli vəziyyətin olması, yaranması ilə əlaqədar deyil və koronavirusun sürətlə yayılması ilə əlaqədardır. Bunu SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.Komitə sədrinin sözlərinə görə, bu qapanma olur ki, müəyyən məhdudiyyətlər qoyulsun və əhali bundan heç bir narahçılıq keçirməməlidir.“Qayda-qanuna əməl olunmalıdır. Ölkə rəhbəri də tapşırıb, birinci vitse-prezident tərəfindən də dəfələrlə insanlara müraciət olunub, mütəxəssislər, səhiyyə orqanları da dəfələrlə müraciət edib ki, qaydalara əməl edilməlidir. Çox təəssüf ki, bəzi insanlar buna əməl etmirlər. Ona görə də bu iki günlük qapanma elə bilirəm ki, təmin olunmalıdır və hər bir insan tibbi maskadan, əlcəkdən istifadə etməyə çalışmalıdır. Ümumiyyətlə, insanlar qayda-qanuna əməl etməyə çalışmalı, qadağalara riayət etməlidir və bütün bunlar vətəndaşlarımızın sağlamlığı üçün çox önəmlidir”, deyə Tahir Rzayev bildirib.

sia.az

Digər xəbərlər