PDF Oxu

Siyasət

  • 13 141

"Azərbaycan polisi öz məsuliyyətini yaxşı dərk edir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan polisi öz məsuliyyətini yaxşı dərk edir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan polisi həqiqətən də koronovirus (COVİD-19) pandemiyası dövründə üstün bir fədakarlıq nümayiş etdirir. Həkimlərimizlə bərabər Azərbaycanın daxili ictimai asayişini qoruyan polislərimiz doğrudan-doğruya insanlarımızın sağlamlığı, bütövlükdə cəmiyyətdə ajiotajın yaranmasının qarşısının alınması üçün əllərindən gələni edirlər. Son iki gündə Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda küçəyə çıxmaq yasağı tətbiq edildiyi zaman da biz bunun şahidi olduq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, polislərimiz həqiqətən də bütün günləri hətta gecə də növbə çəkdilər, vətəndaşlarımıza izahat işi apardıları, çağırışlar etdilər: "Çalışdılar ki, insanlar qoyulan qaydalara əməl etsinlər. Təəssüflər olsun ki, bəzi insanlar bunu düzgün anlamadılar və polisə qarşı kobudluq nümayiş etdirdilər. Qanunlara tabe olmayan vətəndaşlarımız da oldu. Təbii ki, belə hallarda polis ona verilən səlahiyyətdən istifadə edərək güc tətbiq etməli oldu. Burada şiddətdən, zorakılıqdan söhbət getmir. Sadəcə olaraq qanunlara əməl etməyən vətəndaşların qanuna əməl etməsini təmin etmək üçün öz səlahiyyətlərindən istifadə etdi. Amma bəzi adamları bu qanuni görüntüləri oradan-buradan kəsərək və xüsusilə şəkildə montaj edərək sosial media üzərindən paylaşdılar və Azərbaycan polisinin vəhşilik etdiyini, vətəndaşlara qarşı zorakılıq etdiyini tirajlamaqla məşğul oldular. Sanki polislərimiz durub-durduğu yerdə gedib vətəndaşları tutub döyür, həbs edir və s.Bu adamlara sual verilməlidir ki, polis heç bir qayda pozuntusuna yol verməyən adamlarla niyə belə davranmalı idi? Təbii ki, həmin adamlar qayda pozublar. Qayda pozduqları onların diqqətinə çatdırıldıqda isə polisə müqavimət göstəriblər. Biz bəzi görüntülərdə bunu müşahidə edirik. Təəssüflər olsun ki, Azərbaycan polisinin avtoritetini gözdən salmaq istəyən qüvvələr bu görüntüləri fərqli şərh edərək ictimaiyyəti, insanları çaşdırmaqla məşğuldurlar. Azərbaycan polisi öz məsuliyyətini yaxşı dərk edir, öz üzərinə düşəni şərəflə yerinə yetirir və nizam-intizamı da çox yüksək səviyyədədir. Bizim ölkəmizdə pandemiya dövründə həkimlər qədər polislər də çox cəfakeşlik edirlər və insanlarımızın qorunması ilə məşğul olurlar. Ona görə də polisə çamur atanlar bir daha düşünsünlər. Azərbaycan polisinin heç kimlə işi yoxdur. Polisimiz bizim qayğımıza qalır və bizi qorumaqla məşğuldur".

sia.az

Digər xəbərlər