PDF Oxu

Siyasət

  • 13 818

“Avropa Şurası ikiüzlü mövqeyi ilə seperatizmə imkan yaradır” ÖZƏL-MÜNASİBƏT

“Avropa Şurası ikiüzlü mövqeyi ilə seperatizmə imkan yaradır” ÖZƏL-MÜNASİBƏT

Demokratiya oyunbazlıq deyil, bəşəri dəyər, amal və prinsipdir və azad fikirli, uzaqgörən, beynəlxalq normaları həyatının mənası hesab edən insanların idealıdır, inancıdır. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, bir çox beynəlxal təşkilatlar məhz bu məqsədlə yaradılıb və formalaşdırılıb.

“İnsan hüquqlarını qorumaq, söz və fikir azadlıqlarını təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, üzv ölkələrin taleyi üçün məsuliyyət daşımaq, ayrıseçkiliyə yol verməmək, beynəlxalq hüququn norma və prinsplərinə sadiq qalmaq bu təşkilatların fəaliyyətinin əsasıdır. Çox təəssüflər olsun ki, uzun illərdir bunu Avropa Şurasının Azərbaycana münasibətində görmürük. Bu qurum daimi olaraq Azərbaycan həqiqətlərini təhrif edir, faktlara ikili standartlardan yanaşır, ermənipərəst mövqe tutur və respublikamızın imicinə ziyan vurmağa çalışır. Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını, xalqımızın başına müsibətlər gətirildiyini, soyqırımlar törədildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün olduğunu, Ermənistan tərəfindən daim atəşkəsin pozulduğunu, dinc sakinlərin qətlə yetirildiyini gördüyü, bildiyi halda Avropa Şurası qəti mövqe ortaya qoymur, təcavüzkara öz qoymətini vermir, münaqişənin həlli üçün lazımi təşəbbüs göstərmir. Əksinə, bəzi hallarda Azərbaycana təsir göstərməyə çalışır. Ermənistanda insanlar açıq-aşkar öldürülür, parlament gülləbaran edilir, kütləvi həbslər keçirilir, qarşıdurmalar səngimir, ölkədə iqtisadi, siyasi, mənəvi böhran hökm sürür, ölkə rəhbərləri beynəlxalq hüququn norma və prinsiplərini köbud şəkildə pozub faşizmi, terroru, təcavüzü, qəddarlığı təbliğ edirlər və hətta qatillərə heykəllər ucaldılır, mahnılar qoşulur, demokratiya ayaqlar altında sürünür, ancaq Avropa Şurası susur. Nəinki susur, yeri gələndə hələ bu hallara dolayı yollarla demokratiya donu belə geyindirməkdən çəkinmir.
Bu bir həqiqətdir ki, bu gün Avropa Şurası Azərbaycana düşmən mövqedədir. Qondarma Dağlıq Qarabağ respublikasında keçirilən qondarma seçkilər bunu deməyə bir daha əsas verir. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Minsk Qupunun Həmsədrləri, ABŞ, Rusiya, Fransa, ATƏT-in Parlament Assambleyası bu seçkiləri pisləyən bəyənatlar verdikləri və seçkilərin nəticələrini tanımadıqları halda Avropa Şurası susur, heç bir münasibət bildirmir və bu demokratiyaya xəyanətdir. Azərbaycanın və Ermənistanın daxil olduğu bir qurumun siyasi əxlaqsızlığı özünü hörmətdən salması, inamın itirilməsidir. Prezidentimiz Cənab İlham Əliyev Avropa Şurasının qəbul etdiyi sənədləri əhəmiyyətsiz kağız parçası adlandırmaqla bu qurumun mövqeyini, fəaliyyətini çox düzgün, obyektiv qiymətləndirmiş və həm də xalqımızı belə təşkilatların yalanlarına uymamağa, inanmamağa çağırış etmişdir. Bəşəri dəyərlərə və prinsiplərə xidmətdən uzaqlaşan, ikiüzlü mövqe tutan, nəinki dünyada sülhün, əminamanlığın bərpasına, əksinə, öz fəaliyyəti ilə qarşıdurmalara, ziddiyyətlərə, böhtana, yalana, seperatizmə imkan yaradan Avropa Şurasının gələcəyi yaxşı görünmür. Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək almadığına görə bu qurum gündən günə nüfuzunu itirir, hörmətdən düşür və süqutunu yaxınlaşdırır.

sia.az

Digər xəbərlər