"Mən əminəm ki, son həftələrdə İstanbulda erməni kilsəsinin qapısındakı xaçın qoparılmasında, Qrant Dinkin ailəsinin hədələnməsində, habelə guya 13 erməni gəncinin güllələnməsini əks etdirən uydurma "youtube" filminin quraşdırılmasında məhz ermənilərin öz barmaqları var". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Onun sözlərinə görə, belə düşünməyə əsaslar var: "Qardaş Türkiyənin Şərqi Aralıq və Mərmərə dənizində neft-qaz kəşfiyatı aparmaq haqqından istifadə etməsini qəbul edə bilməyən 7 ölkənin XİN başçıları videogörüş keçirərək ultimatum veriblər. Bunlar Yunanıstan, Kipr, İspaniya, İtaliya, Portuqaliya, Fransa və nə qədər təəccüblü də gəlsə Ermənistandır".A.Quliyev vurğulayıb ki, heç bir dənizlə və sözü gedən bölgədəki neft-qaz ehtiyatları (?) ilə bağlılığı olmayan Ermənistanın XİN -i "yuyulmamış qaşıq kimi" özünü ortaya atıb: "Aralıq dənizində hələ neft-qaz tapılası, ondan Ermənistan da bəhrələnəsi, məşhur tamaşada deyildiyi kimi- uzun haqq-hesabdır, Nazlı... Bu arada ermənilər dünyanın diqqətini pis mənada Türkiyəyə yönəltmək üçün hər şeyə əl atmaqda hər zaman maraqlı görünürlər".
sia.az