PDF Oxu

Siyasət

  • 12 940

"Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan qurtulacağıq" ÖZƏL-MÜNASİBƏT

"Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan qurtulacağıq" ÖZƏL-MÜNASİBƏT

"Pandemiya şəraitində Azərbaycan öz insanpərvərlik, xeyirxahlıq, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və bu gün də yetirməkdədir. Türk Şurasının, Qoşulmama Hərəkatının məhz ölkəmizin, dövlət başçımızın təşəbbüsü və videokonfranslar vasitəsi ilə möhtəşəm, tarixi Zirvə görüşlərinin keçirilməsi, Azərbaycanın uğurlarının, təcrübəsinin etiraf və təqdir olunması, yardım, köməklik üçün Azərbaycan minnətdarlıq bildirilməsi gözlərimiz qarşısında baş verənlər və yaşananlardır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə 5 milyon dollar həcmində ianə ayırdı. Bununla yanaşı, bir çox ölkələrə, o cümlədən, Moldovaya, Tacikistana və digərlərinə, ümumlikdə 3 beynəlxalq quruma kömək, yardım əli uzadıldı, onların koronavirus pandemiyası ilə mübarizəsinə dəstək verildi. Bütün bunlar ölkəmizin, dövlətimizin sözdə deyil, əməldə, işdə, çətin gündə belə əsl tərəfdaş, əsl mütəffiq olduğunu bir daha təsdiqlədi və gözlər önünə sərdi". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, bu, millət, xalq, dövlət olaraq, bizim hər birimizin uğuru və qürurudur: "Fəxr edir və qürur hissi keçiririk ki, məhz Azərbaycanın vətəndaşlarıyıq, məhz cənab İlham Əliyev kimi, müdrik Liderimiz var!“Bu barədə sosial şəbəklərdə, mediada, kütləvi informasiya vasitələrində dəfələrlə mövqeyimi açıqlamış, çağırışlar etmişəm. Bu gün də yenə öz mövqeyimdə qalıram. Yenə də deyirəm: Azərbaycan dövlət rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemyası şəraitində və koronavirus infeksiyası ilə mübarizədə uğurlara, zəfərlərə imza atmaqdadır. Hətta, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən də ardıcıl yumşaldıcı tədbirlər seçilməkdədir. Amma çox təəssüflər olsun ki, hələ də öz məsuliyyətini hiss etməyən, həm özünün, həm də başqalarının taleyil ilə oynayan, onların da, özünün də həyatını təhlükəyə, risq altına alan vətəndaşlarımız var. Onlar hələ də bu məsələnin ciddiyyətini, nələrə qadir ola biləcəyini, hansı fəsadlara gətirib çıxara biləcəyini ya anlamır, ya da anlasalar belə, böyük məsuliyyətsizlik nümayiş etdirirlər. Yumşaldılma tədbirləri o demək deyildir ki, təhlükə, bəla sovuşub gedib. Xeyr, bunu düşünənlər yanılır və böyük səhvə yol verirlər. Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki, hər kəs vətəndaşlıq məsuliyyətini axıracan dərk edəcək, deyilənlərə, verilən qərar və tövsiyyələrə bir nəfər kimi əməl edəcək. Biz yalnız birlikdə və məsuliyyətimizlə bu bəladan tam qurtula bilərik və qurtulacağıq. Özünüz də görürsünüz ki, qanunvericilik səviyyəsində müəyyən sərtləşdirməlar, cəzalar nəzərdə tutululur, bununla bağlı müvafiq qanunvericliyə dəyişikliklər müzakirədədir və yaxın günlərdə də bu dəyişikliklər qəbul edilərək, təsdiqlənərək, hüquqi qüvvəsinə minəcək. Biz istəməzdik ki, kimlərsə cəzalansın, cərimələnsin. Amma buna məcburuq, bu, məcburiyyətdən doğan bir addımdır. Ona görə bir daha belə hesab edirəm və hər kəsə səslənirəm ki, gəlin məsuliyyətli, anlayşlı olaq, həm özümüzü, həm də digərlərini qoruyaq".

sia.az

Digər xəbərlər