Azərbaycanda pandemiya ilə əlaqədar sərtlənmiş karantin rejimi davam edir və Nazirlər Kabineti tərəfindən tətbiq olunan bu rejimə baxmayaraq, bəzi vətəndaşlar, bəzi sakinlər qaydaları pozurlar, ələlxüsus polisin qaydalara riayət etmək tələbinə bir sıra sakinlər uyğunsuzluq, tabesizlik nümayiş etdirərək, aqressiv münasibət göstərərək qanun pozuntusuna yol verirlər. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.Politoloq qeyd edib ki, həmin vətəndaşlar, qanunu pozan həmin sakinlər haqlı olaraq polis tərəfindən saxlanılıb.
“Bildiyimiz kimi, Cənab Prezident bu yaxında Tərtər rayonunda oldu və Tərtər müzeyinin açılışında da tibbi maskadan istifadə etdiyinin hamımız şahidi olduq. Bu cəmiyyətimizə, xalqımıza, vətəndaşlarımıza bir mesaj idi. Yəni, bu mesaj ondan ibarət idi ki, Azərbaycanda qanunlar işləyir, istər vətəndaş prezident olsun, istər adi vətəndaş olsun, istər cavan, istər qoca olsun, bu qanunlar hamı üçün eynidir, hamı üçündür. Bu həm də tibbi maskalardan istifadə olunmanın, sosial məsafə saxlanılmanın, karantin rejiminə əməl olunmanın vacibliyi deməkdir.Sözsüz ki, qaydalara əməl etməyən, qanun pozan vətəndaşlar cəzalarını almalıdırlar. Bundan əlavə, Cənab Prezedent mesaj verdi ki, vəziyyət hələ ciddidir, bu karantin rejimi davam edəcəkdir və bu virus hələ xalqımızdan uzaqlaşmayıb. Ona görə də qaydalara əməl etməyən bəzi vətəndaşların polis əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunması, onların ictimai yerlərdə və yaxud binaların qarşısında sərtləndirilmiş karantin rejimini pozmaları səbəbi ilə saxlanılması təqdirəlayiqdir. Yəni, söhbət həm qanuna riayət olunmasından, həm də Azərbaycan xalqının taleyindən gedir. Bu gün əgər bir ərazidə bu qaydalara əməl edilməsə sabah paytaxtın digər hissələrinə yayıla bilər. Ona görə də bu vəziyyətə məsuliyyətsiz, biganə yanaşmaq, insanların taleyi ilə oynamaq olmaz. Vətəndaşların belə məsuliyyətsizliyi digərlərinin sağlamlığına, həyatına təhdiddir ki, bu bizim ozümüzə də, bizim ətrafımıza da təsirsiz ötüşməyə bilər. Məhz bu baxımdan karantin rejimini pozanlara qarşı qanun çərçivəsində ən sərt tədbirlər görülməlidir.Qaldı ki, sosial şəbəkələrdə səviyyəsin adamların anormal münasibət bildirmələrini biz hər zaman görmüşük və bu heç bir əhəmiyyət daşımır. Bizim üçün ən əsası xalqımızın, cəmiyyətimizin sağlamlığıdır. Əsas odur ki, bu bəladan alnı açıq, üzü ağ çıxaq. Ona görə də hökumətimiz, dövlətimiz vətəndaşlarına bu ərəfədə daha böyük qayğı və sayğı göstərir. Həm vətəndaşların maddi təminatı ilə məşğul olunur, həm də tibbi nöqteyi-nəzərdən sağlamlığını düşünür. Ona görə də bu qanunlar müzakirə olunmamalı və yalnız əməl olunmalıdır", deyə Yusif Bağırzadə bildirib.
sia.az