PDF Oxu

Siyasət

  • 12 982

"Azərbaycan digər dünya ölkələrinə örnək olacaq addımlar atır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan digər dünya ölkələrinə örnək olacaq addımlar atır" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər dünya ölkələrinə örnək olacaq addımlar atır". Bunu SİA-ya millət vəkili Müşfiq Məmmədli deyib.Onun sözlərinə görə, bu addımlar bir neçə istiqaməti əhatə edir: "Bilirsiniz ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. İlk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və güc strukturlarının bu işə cəlb edilməsi istiqamətində adminstrativ tədbirlərin həyata kecirilməsi çox düzgün qərardır.Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq mart ayından sosial izolyasiya qaydaları tətbiq olunub və aprel ayının sonundan etibarən karantin rejimi yumşaldılmağa başlayıb. Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub.Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.Təbii ki, koronavirus pandemiyası hər bir ölkənin sosial-iqtisadi həyatına da özünün mənfi təsirini göstərib və göstərməkdədir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına və insanların sosial vəziyyətinə təsirini minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhalinin sosial təminatının yaxşılaşdırılması və pandemiya zamanı iqtisadi fəal qurumların, aztəminatlı insanların qorunması istiqamətində sosial-iqtisadi paket həyata keçirilməkdədir.Bütün bu addımlar bütün dünyanın aparıcı qurumlarının etiraf etdiyi “COVID-19”-la mübarizədə ugurlu Azərbaycan modelinin meydana gəlməsinə səbəb olub".

sia.az

Digər xəbərlər