PDF Oxu

Siyasət

  • 18 245

"Görülən işlər vətəndaşların bütün təhlükələrdən qorunmasına hesablanıb" ÖZƏL-ŞƏRH

"Görülən işlər vətəndaşların bütün təhlükələrdən qorunmasına hesablanıb" ÖZƏL-ŞƏRH

“Ümumiyyətlə cənab Prezident İlham Əliyev hər zaman bütün çıxışlarında bildirib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışa münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, bütün görülən işlər vətəndaşlarımızın yaxşı yaşamasına, sağlam olmasına xidmət edir: “Azərbaycan vaxtında pandemiya ilə bağlı qabaqlayıcı tədbirləri görməyə başlayanda hələ heç bir dövlət “barmağını barmağının” üstünə qoymamışdı. Təbii ki, bu da ilkin gedişatda özünün uğurlu nəticəsini verdi. Bu gün də Azərbaycanda koronovirusla mübarizə ölkə başçısının tam nəzarətindədir. Müvafiq qurumlar Prezidentin rəhbərliyi altında verilən tapşırıqları yüksək səviyyədə icra edirlər. Bunun bariz nümunəsi isə indiyədək istifadəyə verilən dörd modul tipli müasir xəstəxanaların istifadəyə verilməsidir. Yaxın gələcəkdə daha altı modul tipli xəstəxananın da istifadəyə verilməsi gözlənilir. Hazırda həmin xəstəxanaların inşası davam etdirilir. Bunlar hamısı Azərbaycan vətəndaşlarının sağlam olmasına və bütün təhlükələrdən qorunmasına hesablanıb. Bu bir daha Azərbaycanın öz vətəndaşına olan qayğısını göstərməklə yanaşı, eyni zamanda ölkəmizin gücündən, inkişafından, imkanlarından xəbər verir. Bunlar hamısı cənab Prezidentimizin apardığı çox uğurlu, çoxşaxəli işin, siyasətin nəticəsidir. Görülən işlər günü-gündən öz bəhrəsini verir. Ölkə başçısının verdiyi bəyanatların, dediyi sözlərin hər birisi qısa müddətdə həyatda öz təsdiqini əməli işlə tapır. Bax biz bununla qürur duyuruq və fəxr edirik. Hesab edirəm ki, bu istiqamətdə görülən işlərin nəticəsində Azərbaycan dünyanı cənginə almış pandemiyadan uğurla çıxacaq.Dövlət başçısı, dövlətin bütün qurumları, həkimlərimiz, polislərimiz və s. öz üzərinə düşən işləri çox məsuliyyətlə və yüksək səviyyədə icra edirlər. Bu sahədə hər kəsin üzərinə də özünün şəxsi məsuliyyəti düşür. Cənab Prezidentin öz çıxışında da qeyd etdiyi kimi üç məqama fikir vermək lazımdır. Maskadan istifadə olunmalıdır, ara məsafəsi saxlanılmalıdır və şəxsi gigiyenaya fikir verilməlidir. Bu üç məqamdan düzgün istifadə etmək təhlükəsizliyimizin, həyatda qalmağımızın təminatıdır və dövlətin gördüyü işlərə köməyimizdir”.

sia.az

Digər xəbərlər