"Virusun dünyanı ağır duruma saldığı bir zamanda 3 beynəlxalq təşkilata, o cümlədən, ÜST-ə 10 milyon dollar, ehtiyacı olan 29 ölkəyə xüsusi yardımların göstərilməsini Azərbaycanın beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparmasının göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.Millət vəkili bildirib ki, mayın 9-da modul xəstəxanaların açılışında Prezident İlham Əliyevin "Azərbaycan benəlxalq miqyasda özünü çox məsuliyyətli aparır" ifadəsinin arxasında qlobal pandemiyanın dünyanı ağuşuna aldığı bir zamanda bu mübarizədə ölkəmizin beynəlxalq səviyyədə gördüyü konkret işi dayanır: "Azərbayan Prezidenti liderlik missiyasını öz üzərinə götürərərək, dünyanın müxtəlif qütblərini bir araya gətirərək bu mübarizədə həmrəyliyin nümayişinə əvəzsiz töhfə verir. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının onlayn Zirvə toplantıları keçirməklə dünya ölkələri ilə COVID-19 infeksiyası ilə mübarizə mövzusunu gündəmə gətirən ilk ölkədir. Qoşulmama Hərəkatının Zirvə video görüşünə 55 ölkəni təmsil edən Afrika İttifaqının və 28 ölkəni təmsil edən Avropa İttifaqının da qatılmasını bu görüşün əhəmiyyətini və dəyərini daha da artırmışdır. Videokonfransda İlham Əliyevin təklifi ilə COVID-19-la bağlı xüsusi sesiyanın keçirilməsi ilə bağlı BMT-nin Baş katibinə ünvanlanan müraciətinin yekdilliklə qəbul olunmasını dünyanın ölkəmizin təşəbbüslərinə böyük dəyər verdiyinin göstəricisidir".Azər Badamov vurğulayıb ki, virusun dünyanı ağır duruma saldığı bir zamanda 3 beynəlxalq təşkilata, o cümlədən, ÜST-ə 10 milyon dollar, ehtiyacı olan 29 ölkəyə xüsusi yardımların göstərilməsini Azərbaycanın beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparmasının göstəricisi hesab edirəm: "150 ölkəninin beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etdiyi ağır böhranlı şəraitdə Azərbaycanın ölkədaxilində pandemiya ilə uğurlu mübarizə aparmasını və beynəlxalq səviyyədə humanitar missiyasının həyata keçirilməsini ölkə başçımızın apardığı düşünülmüş siyasətinin və yüksək siyasi iradəsinin uğurlu göstəricisi hesab edirəm".
sia.az