PDF Oxu

Siyasət

  • 12 596

“Ötəri siyasətlər gəlib keçəcək, qalan dövlətdir, dövlətçilikdir” ÖZƏL-MÜNASİBƏT

“Ötəri siyasətlər gəlib keçəcək, qalan dövlətdir, dövlətçilikdir” ÖZƏL-MÜNASİBƏT

“Siyasətçi bu günü (cari seçkiləri), dövlət xadimi isə xalqın gələcəyini düşünər. Bu sözü illər öncə oxusam da, hər uyğun situasiyada yadıma düşür və müəllifinə rəhmət oxuyuram. Özəlliklə, bizim kimi müstəqilliyinin yaşı o qədər də çox olmayan və az qala müstəqilliyinin yaşı qədər torpaq bütünlüyü problemi olan ölkələr üçün siyasətçilərdən çox, dövlət xadimlərinə ehtiyac olduğu şübhəsizdir. Siyasətçilərin özlərinin də gələcəyi üçün, mübarizə apara bilmələri üçün və s. dövlət var olmalıdır, müstəqil olmalıdır, güclü olmalıdır, elə deyilmi? O güc, demokrtik təsi¬satlarlamı, iqtisadi qüdrətləmi, əhalinin təhsil səviyyəsi və s. iləmi hasil olacaq..? Fərq etməz, əsas olan o gücün təminidir.” Bu söləri SİA-ya müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.Əkbər Qoşalı vurğulayıb ki, neft bizim iqtisadi gücümüz üçün danılmaz dərəcədə önəm daşıyır və neftdən gələn qazanclar, respublikanın bütün əməli fəaliyyət sahələri boyu inkişafına, qeyri-neft sektorunun dirçəldilməsinə yönəldilir.“Özünə siyasi xadiməm deyən, hətta öz çevrəsi tərəfindən dövlət xadimi adlandırılan siyasətçinin, neftin ucuzlaşmasına sevindiyini eşitmək acı təəssüflərə layiqdir. Doğrusu, mən o “Zoom-iclas”la, onun İKT tərəfləri ilə bağlı bilgili deyiləm, lakin bu barədə təkzib və ya izah yoxsa, bu özü də düşündürücüdür. Bir də, axı dənizin tamı bir ovuc suyundan da bəllidir, deyərlər. Daha öncələr, başqa-başqa situasiyalarda gördüyümüzü görmüşük. Öncə də vurğuladığımız kimi, hamı dövlət xadimi keyfiyyətlərinə malik olmaya bilər, bu eyib deyil, ancaq siyasətçilərin də, necə deyərlər, müəyyən bir normativi, özünətələbləri olmalıdır axı.Mən tənqidin əleyhinə deyiləm, heç satira-yumor janrının da. Bununla belə, istər sənətdə, istər siyasətdə olsun, daha çox, dərin düşüncənin, anlayışın təfdarıyam. Davamlı olaraq, yalnız tənqid, yalnız eyib axtarmaq, bu, adamda xüsusiyyətsizlik, xarakter zədələnməsi yarada bilər. Demirəm, yalnız tərif olsun, bu da məqbul deyil. Ən doğrusu, “Pisi pis, əyrini əyri, düzü həmvar yazmaq”dır…Dövlət məsuliyyətinin, dövlət xadiminin daşıdığı məsuliyyət yükünün fərqində olan, ali dövlət maraqlarını idrak edən siyasətçilər tələsmir-təntimir, “mən bu sentyabrda hakimiyyətə gəlirəm”, filan demir… Necə yəni, neft nə qədər düşsə, iqtidar o qədər çətin duruma düşəcək və iqtidar üçün nə qədər çətindirsə, bizimçün o qədər yaxşıdır, belə də mövqemi olar!?. Üstəlik, adını “Milli Şura” qoymusansa, bu yanaşmanın “milli” yönü, “şura”lığı, gənəşiyi hanı bəs?Ona görə də, vətəndaşımız öz dövlətinin güclənməsi üçün bacardığını əsirgəməməli, müs¬təqillik ideallarına sadiqliyində qalmalı, daha rəvan həyat üçün daşı-daş üstə qoymağa çalışmalıdır. Ötəri siyasətlər gəlib keçəcək, qalan dövlətdir, dövlətçilikdir. Dövlətimiz zaval görməsin!”, deyə Əkbər Qoşalı bildirib.

sia.az

Digər xəbərlər