PDF Oxu

Siyasət

  • 12 837

"ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər” ÖZƏL-MÖVQE

"ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər” ÖZƏL-MÖVQE

“Çin-Hindistan sərhəddində iyunun 15-də axşam saatlarında ölümlə nəticələn insident baş verib. Çin hərbçiləri hindistanlı zabiti və iki əsgəri öldürüblər”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, son günlər iki ölkə arasındakı gərginlik artdı: “Çin hərbçiləri Hindistan ərazisinin 60 kvadrat ərazisini ələ keçirmişdilər. Eyni zamanda iki ölkənin sərhədçiləri bir-birlərinə daş atmışdılar. Ancaq həmin insident zamanı atəş açılmamış və ölən olmamışdı. Bu dəfə isə ölənlər var və hadisələrin mənfi istiqamətində inkişaf edəcəyi istisna deyil. Hazırda hər iki ölkənin hərbçiləri məsələni aydınlaşdırmaq üçün görüşmələr həyata keçirirlər.Ölümlə nəticələnən insidentin baş verəcəyi gözlənilən idi. Çünki son aylarda Çin Hindistanla sərhəddin dağlıq hissəsinə əlavə qüvvələr göndərmişdi. Hindistan Çinin bu siyasətindən narazı idi. İyunun 6-da iki ölkənin diplomatları arasında görüş keçirildi və belə qərara gəlindi ki, sərhəddin dağlıq hissəsində anlaşmazlıqlar sülh və danışıqlar yolu ilə həll edilsin. Ancaq Çinin hesabları fərqli idi.Çin açıq-aşkar Hindistan ərazisinə iddia edir və bu məqsədlə sərhəd qoşunlarını dağlıq massivlərdə irəli çəkməyə çalışır. Hindistanın müdafiə naziri Radjnatx Sinqxin sözlərinə görə, Rəsmi Dehli Çinin sərhəd boyu irəliləməsinə imkan verməyəcək.Pekin bu siyasəti uzun onilliklərdir davam etdirir. Çin ordusu 1962-ci ildə Hindistan ərazisinə daxil olaraq Himalay dağlarının bir hissəsini işğal etmişdi. Dehli Pekinlə qarşıdurma istəmir. Ancaq dialoq nəticə vermir.Digər böyük dövlətlər vəziyyətə qarışmasa, Çinlə Hindistan arasında müharibə ehtimalı artacaq. Çünki, Hindistan öz hərbçilərinin öldürülməsinə seyrçi qalmaya da bilər. İki nüvə dövləti və ümumi əhalisinin sayı 3 milyardı aşan iki dövlətin müharibə astanasına gəlməsi bölgəni fəlakətə aparacaq. Ona görə də ABŞ, Rusiya və Avropa İttifaqı məsələyə müdaxilə etməlidirlər”.

sia.az

Digər xəbərlər