PDF Oxu

Siyasət

  • 12 582

“Paşinyan başını da itirib” ÖZƏL-ŞƏRH

“Paşinyan başını da itirib” ÖZƏL-ŞƏRH

Paşinyan şəxsi düşmənçilik zəminində sabiq Prezident Serj Sarqsyana, ətrafina siyasi və inzibati təzyiqləri gücləndirir və Paşinyanın atdığı bütün siyasi addımlar çürük addımlardır ki, bu içi boş və təsadüflərə hesablanmış bir siyasətdən ibarətdir. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.Partiya sədrinin birinci müavininin sözlərinö görə, əslində diqqət etdikdə görürük ki, Paşinyanın özü də hakimiyyətə təsadüfən gələn biridir.“Təsadüfən dövlət idarəsinin sükanını ələ keçirmək mümkün ola bilər, amma bu sükanı əldə saxlamağı, xalqı, ölkəni doğru yolla, düz şəkildə rifaha doğru aparmağı hər kəs bacara bilməz. Bu gün Paşinyan ölkədə nəzarəti ələ aldığını iddia etsə də, əslində sözün əsil mənasında, öz başını da itirib. Ölkədə payıza doğru pandemiya daha geniş vüsət alarsa, ölkə iqtisadiyyatının kəskin şəkildə çöküşünü gözləmək mümkündür. Belə olan halda kütləvi etirazlar proqnozıaşdırmaq, acınaqcaqlı halda yaşayan Erməni icmasının artık susub oturmayacağını da söyləmək olar.Ermənistandakı mövcud vəziyyətdən maksimum şəkildə faydalanmağı, mövcud vəziyyəti erməni ictimai-siyasi rəyinə yönəlik şəkildə ortaya qoymağı bacarmaq lazımdır. Bilirsiniz, Ermənistan müxalifətinə bir şəkildə Paşinyan rejminə qarşı onların etiraz etməyə demokratik haqlarının olduğunu aşılamaq da lazımdır. Hesab edirəm, bu yöndə çalışmalarla Ermənistan ictimaiyyətini də işğalçı hakimiyyətdən imtina etməyə, işğal edilmiş torpaqlarda yaşamaq istəmədiklərini bəyan etməyə gətirib çıxaracaq. COVİD-19 pandemiyası ilə mübarizə proqramı ilə isə qeyri sabitliyin hökm sürdüyü Ermənistanda ümumiyyətlə sıfır nəticə almaq mümkündür. Buna görə də, Erməni ictimaiyyətini heç də parlaq gələcək gözləmir. Düşünürəm ki, Ermənistan hazırda həm daxili, həm xarici siyasi alanda əməlli başlı dalana dirənib. Bu vəziyyətdə Azərbaycan tərəfi işğalçı Ermənistana qarşı güclü layihələrlə öz həmlələrini həyata keçirməyə davam etməlidir. Ermənistan ictimaiyyətinin acınacaqlı sosial-iqtisadi vəziyyətini, hökumətin etirazçılara inzibati mexanizmlərdən istifadə edərək təzyiq etməsini, ölkədə demokratik dəyərlərin və insan haqlarının pozulması kimi faktları Avropanın demokratik institutlarında və beynəlxalq təşkilatlarda gündəmə gətirməyə müvəffəq olmalıyıq”, deyə Əsli Kazımova bildirib.

sia.az

Digər xəbərlər