Siyasət

  • 13 468

Sədaqət Vəliyeva: Ermənistandakı repressiv proseslərə susmaq riyakarlıq, ikiüzlülükdür

image

“Artıq bütün dünya bilir ki, işğalçı ölkəni müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi və təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edildi. Heç şübhəsiz ki, Q.Sarukyan həbs ediləcək. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistanda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib: “Bu hadisələr zamanı insanların ifadə azadlığı, sərbəst toplaşma hüququ, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması qaydaları kobud surətdə pozulub. Qərbin “önəm verdiyi” bütün bu dəyərlər ayaq altına salınıb. Amma nədənsə Qərb bu hadisələri görməzdən gəlir. Azərbaycanda əhəmiyyət bir hadisə olan kimi bəyanat verən ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi indi özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Ermənistandakı repressiv proseslərə susmaq özü riyakarlıq, ikiüzlülükdür. Vaxtilə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də Qərb ölkələri və beynəlxalq təşkilatlar müəmmalı susqunluq nümayiş etdirdilər”.
“Bu gün açıq şəkildə görürük ki, Ermənistanda totalitar inqilabi diktatura qurulub” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirib: “Belə olan vəziyyətdə Şennaklar, Sunnalar hara baxır? Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir? Demək ki, demokratiya deyib dünyanı istismar edən bu kimi təşkilatlar ikistandartlıdırlar, qeyri-obyektivdirlər. Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi də budur...”.

yap.org.az

Digər xəbərlər