Müxalifətçi deputatdan “Milli Şura”ya eyham və ittiham CAVAB

Fazil Mistafa: “Populist, əzbər, savadsız görüşlərinə şərik olmayanları linç edən bu sürü ilə sonadək çarpışdım və yerlərində oturtdum”

Son zamanlar müxalifətin radikal cinahı hesab edilən AXCP-“Milli Şura” cütlüyünün sosial şəbəkə rüsvayçılıqları və həmin rüsvayçılıqlardan doğan həqiqətlər, ifşalar destruktiv “liderləri”, onların yan-yörələrində var-gəl edənləri sanki daha da azğınlaşdırmaqdadır. Onlara qarşı fikir söyləyən, arqimentli ifadələrlə çıxış edən hər kəs dərhal söyüşlərə məruz qalır, əsk gerçəklik barədə isə ümumiyyətlə danışılmır. Belə bir köhnə şakərlərindən əl çəkə bilməyən, siyasi məhvə aparan sindrom xəstəliyindən şəfa tapmağı bacarmayan radikallar müxtəlif üsullarla özlərini “təmizə çıxarmağa” cəhdlər göstərsələr də, buna nail olmağı bacarmırlar. Daim “xalq”, “millət”, “dövlət” kimi müqəddəs məfhumları sui-istifadə edərək, bunun arxasında gizlənən, həqiqətdə isə Azərbaycan dövlətinin və xalqının düşmənlərinə işləyən xainlər toplumu n qədər cəhdlər göstərsələr də, öz çirkab niyyətlərini gizlədə bilmirlər. Əbəs deyil ki, nəinki konstruktiv müxalifət təmsilçiləri, eləcə də radikal kəsimli müxalifətə aid olan partiya rəhbərlikləri də AXCP-“Milli Şura” cütlüyünün, bu cütlükdə təmsil olunan “liderciklərin” ifşalarını ortaya qoyurlar.
BQP başqanı: "Şəxsimə, yaxınlarıma qarşı hər cür tərbiyəsizlik etdilər, hər cür şantaja, böhtana əl atdılar, bircə normal intellektual mübarizə apara bilmədilər"
Bu arada, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa da bu kimi məsələlərə münasibətini bildirib. SİA xəbər verir ki, Facebook sosial şəbəkəsində fikirlərini bildirən deputat son vaxtlar ona qarşı da aparılan təhqir kamaniyalarını şərh edərək yazıb ki, son bir həftədə Azərbaycanın baş bəlası olan və normal təhsil almadan sosial şəbəkəyə doluşaraq öz cahil görüşlərini diqtə etməyə çalışanlarla amansız mübarizə apardım. SİTAT: “Populist, əzbər, savadsız görüşlərinə şərik olmayanları linç edən bu sürü ilə sonadək çarpışdım və yerlərində oturtdum. Şəxsimə, yaxınlarıma qarşı hər cür tərbiyəsizlik etdilər, hər cür şantaja, böhtana əl atdılar, bircə normal intellektual mübarizə apara bilmədilər. Yazılarımla, mövqeyimlə anlatdım ki, bundan sonra da qaragüruhçuların və qaragüruhçuluğun qarşısında ən sərt formada duracağam və imkan verməyəcəyəm ki, Azərbaycanda bəzi ziyalı adlandırılan məxluqları öz "oturmayan erməni" anlayışına tabe etdirdikləri kimi bizlərə də nəyisə diqtə edə bilsinlər”. “Ancaq bir durum hələ də mənə anlaşılmaz qalır”, yazan BQP başqanı qeyd edib ki, kimsə təhqiramiz yazı yazır, yaxud da mövzunu anlamadan savadsız rəy yazır, adama yazıram ki, bu danabaşlıqla yazdığımı anlamanız çətin olacaq: “Bir də görürəm ki, hansısa səhifədə paylaşım edib: F.Mustafa millətə danabaş dedi. Sonra baxıram ki, novruzəlinin vecinə deyil ki, həqiqətən millətə bu söz deyilib, oxumadan-bilmədən təhqirlərini yağdırır e üstümüzə...Deyəsən hamı özünü millət, xalq yerində görür”.

sia.az