Siyasət

  • 8 733

“Ermənistanda xaos hökm sürür” ÖZƏL-ŞƏRH

image

“Ölkədəki daxili çəkişmələr artdıqca beynəlxalq ictimaiyyət qarşısında artıq Ermənistanın “özünü acındırmaq” siyasəti işləmir”. Bu sözləri SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.Partiya sədrinin birinci müavininin sözlərinə görə, sözün əsil mənasında Ermənistanda hazırda xaos hökm sürür.

“Artıq Ermənistanda geniş vüsət alan daxili çəkişmələr, eləcə də, Covid-19 pandemiyası və bu pandemiya ilə mübarizədə ortaya çıxan uğursuzluq ölkənin istər daxili, istərsə də xarici siyasətini tamamilə iflic edib. Durmadan ağırlaşan vəziyyət səbəbindən, rəsmi İrəvan vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə üzləşib və bu gün bu ölkə bütün beynəlxalq rıçaqlarını da itirməkdədir. Hökumətin tam tərkibdə istefasını “Çiçəklənən Ermənistan” partiyasının açıq şəkildə tələb etməsi isə təsdiq edir ki, Paşinyan rejminin aqibəti də Serj Sarkisyanın aqibəti kimi sonlanacaq.Böyük hissəsini oliqarxiya sistemi təşkil edən Ermənistan hakimiyyəti erməni icmasını, erməni cəmiyyətini ən aşağı sosial vəziyyətdə yaşamağa məhkum edir. Heç şübhəsiz ki, Ermənistan parlamentində bitməyən, hələ də davam edən hərc-mərclik dövləti süquta aparır. Eks preizdent Robert Köçəryanın azadlığa buraxılması məsələsi özü də, Ermənistanın müxalif qüvvələrinin Rusiyanın hakim dairələrinə dayanan manupulyativ idarəetmə üsulu ilə idarə olunduğunu təsdiq edir ki, nəticə etibarı ilə bu da yaxın zamanda Paşinyan rejminin devrilməsi əməliyyatlarına başlanılacağını söyləməyə əsas verir”, deyə Əsli Kazımova bildirib.

sia.az

Digər xəbərlər