Siyasət

  • 8 604

"Dini təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdəndir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasından 19 il ötür. Dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında, dini fəaliyyət sahəsində milli kadrların hazırlanmasında bu qurum müstəsan rol oynayır". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Deputatın sözlərinə görə, bu gün müsəlman ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri dini təhlükəsizliyin təmin edilməsidir: "Bu gün bir sıra dövlətlər müsəlman ölkələrində sabitliyin pozulmasında və qarşıdurmanın yaradılmasında din amilindən məharətlə istifadə edirlər. Öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr zaman-zaman bunun acı nəticələrini dadırlar.Son illər ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.Ümummilli Lider Heydər Əliyevin din sahəsində ən böyük xidmətlərindən biri zamanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Müstəqilliyin ilk illərindən başlayaraq qeyri-ənənəvi radikal təriqətlər Azərbaycanda dini durumu gərginləşdirməyə, gəncləri qeyri-ənənəvi radikal təriqətlərin ardıcılına çevirməyə çalışırdılar. Bu təhlükəni görən Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı. Digər MDB respublikaları Azərbaycandan sonra buna bənzər strukturların yaradılması barədə qərar qəbul etdilər. Həmin dövrdən başlayaraq Azərbaycanda din sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əgər o zaman bu qurum yaradılmasa və zamanında zəruri tədbirlər həyata keçirilməsə bu gün Azərbaycanda dini durum fərqli olardı. Bütün bunlara Ümummilli Lider Heydər Əliyevin sayəsində nail olundu.Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla və böyük uzqgörənliklə davam etdirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadin sahəsinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə yeni ibadət ocaqları inşa, təmir və bərpa olunur, dini icmalara hər il maliyyə yardımı göstərilir.Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət dairəsi daha da genişlənib, bu qurumun nəzdində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Hazırda dövlət-din münasibətlərinin tənzimlənməsi, mənəvi dəyərlərin qorunmasında, milli kadrların hazırlanması istiqamətində tədbirlər davam etdirilir".

sia.az

Digər xəbərlər