Siyasət

  • 10 176

Musa Qasımlı: Ermənistan dövləti terror və irqçilik üzərində dayanır

image

“Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana "Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim" deyərək bir daha tərs sillə vurdu və artıq neçənci dəfə tarixi faktlarla onu yerində oturtdu”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan bu fikri haqqında hətta kitablar yazmaq olar. Mənbələr sübut edir ki, N.Paşinyanın və ümumiyyətlə, erməni xadimlərinin terror əleyhinə və irqçilikdən danışmağa mənəvi haqları yoxdur. Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət türk, azərbaycanlı torpaqlarında qurulduqdan və Azərbaycan tarixən azərbaycanlılara məxsus olan İrəvan şəhərini paytaxt olaraq verdikdən sonra daşnaklar soyqırımı və terroru dövlət siyasətinə çevirdilər. Rəsmi sənədlər deyilənləri sübut edir. Belə ki, 1918-ci ildə Ararat Respublikasında 1 milyon 200 min nəfər əhali var idi, 1920-ci ilin sonlarında Ermənistan sovetləşdiriləndə ölkədə cəmi 770 min nəfər qalmışdı. 1918-1920-ci illərdə Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5 faiz azalmışdı. Türklər 77 faiz, kürdlər 98 faiz, yezidi kürdlər 40 faiz azalmışdı. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuş və ya 77 faiz azalmışdı. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuş və ya 98 faiz azalmışdı. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40 faiz azalmışdı. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüş və ya 7 faiz azalmışdı. Digər millətlərin sayı 7 mindən 4 min nəfərə düşmüş və ya 43 faiz azalmışdı. Əsl irqçilik bu deyilmi?
“Bu faktlar, həmçinin 1920-ci ildə Azərbaycan dövlət xadimlərinin öldürülməsi, 70-ci illərdə Moskvada metro stansiyasının, Bakıda 106 nömrəli marşrut avtobusunun partladılması, 70-80-ci illərdə türk diplomatlarına, binalarına, dünyanın müxtəlif ölkələrinin paytaxtlarında hava limanlarında törədilən partlayışlar, Azərbaycana qarşı hərbi təcavüz etdikdən sonra mülki əhaliyə qarşı törədilən terror aktları, İrəvanda və başqa yerlərdə terrorçulara abidələrin qoyulması, adlarına orden və medalların təsis edilməsi və yüzlərlə digər fakt bir daha təsdiq edir ki, hansı partiyanın və şəxsin hakimiyyətdə olmasından asılı olmayaraq Ermənistanda dövlət siyasətinə çevrilmiş terrorçuluq ənənəsi davam etdirilir. Başqa bir millətin yaşaması üçün şərait olmadığından Ermənistan bu gün monoetnik əraziyə çevrilib. Belə vəziyyət irqçilik siyasətinin konkret nəticəsidir. Bütün bunlar Ermənistan adlı qurama dövlətin iki ayaq - terror və irqçilik üstündə dayandığını bir daha təsdiq edir”-deyə, M.Qasımlı vurğulayıb.

yap.org.az

Digər xəbərlər