Siyasət

  • 9 053

"Bundan sonra çətin ki, Paşinyan..." ÖZƏL-MÖVQE

image

"Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması və Ramil Səfərovla bağlı dediyi yalanları Prezident İlham Əliyev tərəfindən irəli sürülən tutarlı arqumentlərlə ifşa olundu, erməni baş nazir susduruldu". Bunu SİA-ya siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Münxen konfransından sonra bu, Paşinyana növbəti ağır nokaut idi: "Paşinyan cənab İlham Əliyev iştirak edən belə konfranslarda daim pis vəziyyətə düşür. Çünki onun fikirləri absurd və yalan üzərində qurulur. Ona görə də məğlubiyyətə uğrayır. Prezident İlham Əliyev Paşinyanı növbəti dəfə yerində otuzdurmaqla, hətta danlamaqla, erməni ictimai rəyində baş nazirin ünvanına yeni tənqidlərə rəvac verdi. Aşqabadda, Münxendə və bu konfransda Paşinyan diplomatik zərbələr aldı. Bundan sonra çətin ki, Paşinyan Prezident İlham Əliyev olan yerdə yalan danışmağa cəsarət etsin. Paşinyan siyasətçi deyil, küçə etirazları ilə hakimiyyətə gələn bir şəxsdir. Belə bir adamın Prezident İlham Əliyevlə söz duelinə çıxması, əlbəttə ki, onun fiaskosudur”.

sia.az

Digər xəbərlər