Siyasət

  • 9 710

"Bu gün Azərbaycan səhiyyəsi üçün bütün lazımi tədbirlər görülüb" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün koronavirus pandemiyasına qarşı mübarizə bütün dünya ölkələri qarşısında bir nömrəli vəzifədir. Bu gün artıq dünyada mənzərə bir az də fərqli məcrada dəyişir. Görürük ki, artıq pandemiyanın ikinci dalğası başlayır. Bildiyiniz kimi Çində koronavirus pandemiyası bir qədər səngimişdi. Amma bu gün görürük ki, Çində ikinci dalğa başlayıb və orada da məhdudiyyətlər qoyulur. O cümlədən dünyanın bir çox ölkələrində, xüsusən okeanın o tayında mənzərə tamamilə fərqli istiqamətə gedir". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.Deputatın sözlərinə görə, dünyanın aparıcı ölkələri xüsusilə tibb sahəsində tanınmış ölkələr, inkişaf etmiş ölkələr bugünə kimi virusa qarşı hələki heç bir baksin və yaxud dərman icad etməmişdir: "Təbii ki, Azərbaycan da dünyanın bir parçası olaraq bu virusdan sığortalanmamış və ölkəmizdə bu virusa qarşı mübarizə tədbirləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən həyata keçirilir. Heç şübhəsiz ki, həyata keçirilən tədbirlərin hər biri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğunlaşdırılır. Eyni zamanda ölkəmizdə həyata keçirilən tədbirlərin effektivliyini görərək dünyanın bir çox ölkələri öz ölkələrində də bu tədbirləri ardıcıl şəkildə həyata keçirməyə başlayıb. Bu gün Azərbaycan səhiyyəsi üçün bütün lazımi tədbirlər görülüb. Ölkəmiz təkcə milli ruhda deyil, eyni zamanda regional və qlobal xarakterli dünya miqyasında bu virusa qarşı mübarizə tədbirlərinə öz töhfəsini verib. Azərbaycanı bu fors-major hadisəyə ən hazırlıq dövlətlərdən biri kimi qiymətləndirmək olar. Bu gün atılan addımlar bir daha onu göstərdi ki, Azərbaycan istənilən fors-major hadisəyə öz modelini tətbiq etməklə onun qarşısını almaq və ehtimal olunan zərərin minimuma endirilməsi kimi tədbirlərin həyata keçirilməsini müəyyənləşdirib və reallaşdırıb”.

sia.az

Digər xəbərlər