Siyasət

  • 11 193

"Koronavirusa yoluxanlar da əhaliyə müraciət etməlidir" ÖZƏL - AÇIQLAMA

image

"Koronavirusa yoluxanlar da əhaliyə müraciət etməlidir". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.O bildirib ki, pandemiya ilə bağlı vəziyyətin ağır olduğunu hər kəs dərk etməli, özünü, yaxınlarını və cəmiyyəti qorumaq üçün son dərəcə fəal olmalıdır: "Ümumdüyna Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə əməl etməlidir. Bunun üçün təbliğatın güclndirilməsinə də böyük ehtiyac duyulur. Çünki hələ də bu tələblərə yetərli səviyyədə əməl etməyənlər var. Bu isə daha ciddi fəsadların baş verməsinə səbəb ola bilər. Bunun üçün operativ olaraq vəziyyət barədə ictimaiyyətə daha təsirli vasitələrlə məlumatlar çatdırılmalıdır".Millət vəkili təklif edib ki, koronavirusa yoluxanların səhhətində yaranan problemlər onların öz dilindən və yayılmalıdır: "Xəstəxanalarda müalicə alan pasiyentlər əhaliyə müraciəti etməlidir. Virusa yoluxduqdan sonra səhhətində yaranan narahatlıqlar və keçirdikləri hissləri konkret faktlarla ifadə etməlidirlər. Bununla yanaşı onların ailə üzvlərinin və yaxınlarının da müraciətlərinə ehtiyac duyulur. Ümid edirəm ki, təbliğatda buna da ciddi yanaşılmalı və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlərin hər kəs üçün həyat qədər vacib olduğuna diqqət yetirilməlidir. Bir günümüzün problemlərini hamımız yetərli səviyyədə bilməli və ona qarşı birlikdə mübarizə aparmalıyıq. Çünki məsələ hər birimizin və ümumilikdə cəmiyyətimizin həyatından gedir".

sia.az

Digər xəbərlər