Siyasət

  • 9 860

“Paşinyan Azərbaycan diplomatiyasının qarşısında növbəti dəfə aciz duruma düşdü” Məhəbbət İbrahimova

image

"İyunun 18-i tarixi növbəti yadda qalan bir gündür. Bir sıra mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, iyunun 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində də Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının sədrinin müavini, YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova deyib.M.İbrahimova Azərbaycanın öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq bildirib ki, bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır: "Bu real faktordur ki, Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Və iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir".M.İbrahimova Sammitdə Prezident İlham Əliyevin əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə də Ermənistan baş nazirinin yalanlarını ifşa edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də, tarixi faktlar və reallıqları qətiyyətlə bəyan edib: "Bununla Azərbaycan Prezidenti İlham Əliyev Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Belə ki, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, ermənilərin işğal altındakı torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini bir daha vurğulayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır"."Paşinyanın növbəti dəfə Azərbaycan Prezidenti tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qalması isə maraqlı məqamlardan idi", - deyən M.İbrahimova onu da vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın dövlət səviyyəsində terrorizmə dəstək olduğunu tutarlı faktlarla sübut etdi. Azərbaycan Prezidenti erməni terrorçusu Karapetyanla bağlı məsələyə tarixi aspektdən yanaşaraq erməni terrorizminin əsl mahiyyətini ortaya qoydu. Və Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi: "Ermənilər tərəfindən atılan yersiz addımlar və bu cür səylər, şübhəsiz ki, iflasa məhkumdur və əsassız iddialardan ibarət olduğu üçün heç bir nəticə verə bilməz. Nəticə etibarilə, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə bir daha çatdırdı. Bir sözlə, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı".

sia.az

Digər xəbərlər