Siyasət

  • 11 690

"Ölkə rəhbərliyi xalqın yanındadır və lazım olan dəstəyi göstərəcək" ÖZƏL-ŞƏRH

image

"Məlum olduğu kimi pandemiyanın bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadiyyata və insanların iqtisadi vəziyyətinə ciddi təsirləri oldu. Heç bir ölkə bu bəlanın iqtisadiyyatına təsirlərindən sığortlanmadı. Azərbaycan ilk gündən pandemiyanın ölkə iqtisadiyyatına və insanların iqtisadi durumuna təsirlərini azaltmaq məqsədilə adekvat və operativ qərarlar qəbul etdi, ciddi tədbirlər həyata keçirdi. Prezident İlham Əliyev tez bir zamanda vəziyyəti nəzarətə götürdü. Onun pandemiyanın ölkə iqtisadiyyatına və əhaliyə mənfi təsirlərini azaltmaq üçün bir neçə mühüm sərəncamı oldu, Fond yaradıldı. Qısa müddətdə bir neçə istiqamətdə Tədbirlər Planı hazırlandı. O cümlədən, əhalinin müəyyən təbəqəsinə 190 manat həcmində maddi dəstəyin göstərilməsi barədə qərar qəbul edildi. İkinci dəfə sərt karantin rejimi elan olunduqdan sonra da bu dəstəyin davam etdiriləcəyi açıqlandı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Millət vəkilinin sözlərinə görə, bu, pandemiyanın mənfi təsirlərindən əziyyət çəkən ölkəmizin imkansız təbəqəsinə dövlətin göstərdiyi diqqət və qayğının göstəricisidir: "Bu bir daha onu göstərir ki, ölkə rəhbərliyi xalqın yanındadır, lazım olan dəstəyi göstərəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi pandemiyanın mənfi təsirlərinə və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq, bütün sosialyönümlü layihələr uğurla başa çatdırılacaq. Bunun üçün bütün zəruri tədbirlər görüləcək. Bu kimi çətin dövrlərdə xalqla hakimiyyətin birliyi xüsusi əhəmiyyət daşıyır. Pandemiyanın ilk günlərindən Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” şüarını irəli sürmüşdü. Hazırkı mərhələdə hər birimiz birlik və həmrəylik nümayiş etdirməliyik. Ətrafımızda insanlardan diqqət və qayğımızı əsirgəməməliyik. Belə günlərdə insanların diqqət və qayğıya daha böyük ehtiyacı var. İnşallah tezliklə xəstəlik bitəcək və insanlarımız tezliklə normal həyata qayıdacaqlar. Bunun üçün hər birimiz qaydalara əməl etməli, özümüzü və ətrafımızdakıları qorumalıyıq. Belə olduqda xəstəlik üzərində daha tez qələbə çalmış olarıq".

sia.az

Digər xəbərlər