Siyasət

  • 9 829

"İran-Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir" - Əhməd Əli Qudərzi

image

İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir. SİA xəbər verir ki, bunu İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi Nəmin şəhəridə İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirmişdir: "İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur. Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmamış və hər iki tərəf bağlanmış müqavilələrə riayət etmişdir. Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur. Ərdəbil regionu təhlükəsiz regiondur. Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İran İslam Respublikasının sərhədləri tam təhlükəsiz vəziyyətdədir".

sia.az

Digər xəbərlər