"Bizlərə örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməliyik" Jalə Əliyeva

“İyunun 24-də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkənin Qərb bölgəsinə, Gəncəbasar zonasına-ikinci böyük şəhərimiz Gəncəyə və Samux rayonuna səfər etdilər. Qeyd edim ki, bu, Prezident cənab İlham Əliyevin son 17 illik hakimiyyəti dövründə Gəncəyə 16-cı səfəridir. Onu da deyim ki, belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin hərtərəfli inkişafına zəmin yaradır. Belə ki, 2003-cü ilə nisbətdə 2019-cu ildə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilmiş vəsait 60 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübü ərzində Gəncədə 60 587, bu il isə ödənişli əsaslarla 2075, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb. Bunlar ötən illər ərzində haralardan-haralara gəlindiyinin, nələrə nail olunduğunun əyani sübutu və təsdiqidir. Bu səfər isə deyərdim ki, sözün əsl mənasında tarixi bir səfərdir. Çünki dünyanın bir parçası kimi, ölkəmizdə də yaşanan ağır pandemiya şəraitində, xüsusi karantin rejimi dövründə gerçəkləşdirilən bir səfərdir. Açıq şəkildə deyərdim ki, risqli, böyük iradə, cəsarət tələb edən bir səfərdir. Özünüz də şahidsiniz ki, son 4 ay ərzində şəxsən dövlət başçısının iradəsi və cəsarətli addımları nəticəsində atılan addımlara, görülən işlərə, həyata keçirilən siyasətə baxmayaraq, son günlər çox narahatedici və həyəcanlı anlar yaşanmaqdadır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.J.Əliyeva bildirib ki, koronavirus infeksiyasına yoluxma və ölüm halları artmaqdadır. Bunu son iki günün statistikası da bir daha təsdiq edir. Odur ki, belə bir dövrdə bu səfəri və bütövlükdə bölgələri səfərləri gerçəkləşdirmək, bir sıra vacib obyektlərin, müəssisələrin açılışlarında iştirak etmək və ya görülən işlərlə yerində tanış olmaq ancaq İlham Əliyev kimi, böyük iradə və qətiyyət sahibi olan bir insana, dövlər rəhbərinə məxsus ola bilər. Dövlət başçısı və onun ən yaxın silhadaşı, Birinci xanım Mehriban xanım Əliyeva həyatlarını riqsə ataraq, Azərbaycan xalqı və dövləti naminə növbəti fədakarlıqlarını nümayiş etdirməkdədirlər. Onlar bir daha Azərbaycan dövləti və xalqının inkişafında, ölkə vətəndaşlarının sağlamlığının təmin edilməsi və qorunmasında növbəti zəfərlərinə imza atmaqdadırlar. Onlar bir daha Azərbaycan vətəndaşlarının yanında olduqlarını göstərdilər. Göstərdilər ki, onların başlıca amalı, qayəsi Azərbaycan insanı, Azərbaycan vətəndaşı, Azərbaycan dövləti və xalqının inkişafıdır.J.Əliyeva daha sonra deyib: Bu səfər zamanı da dövlət başçısı və xanımı Gəncəmizin bir sıra tarixi yerlərində və orada görülən işlərlə tanış oldular. Konkret olaraq, Gəncədəki tarixi “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun, Gəncə çayı üzərində beş körpünün bərpasından sonra istifadəyə verilməsində, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, Gəncə tikinti materilalları istehsalı zavodunun açılışnda iştirak etdilər. Eyni zamanda, Gəncə Dövlət Dram Teatrının yeni binasının, Gəncə İdman Sarayının, o cümlədən, MİDA tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi və burada görülən işlərin icra vəziyyəti ilə yerində tanış oldular. Bununla yanaşı, ölkə Prezidenti Gəncənin inkişafı, yeni ümumtəhsil məktəbinin, yeni "ASAN xidmət" mərkəzinin tikilməsi, həmçinin, Gəncə İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq sərəncamlar imzaladı. Bu sərəncamlarla bağlı büdcədən və Prezidentin Ehtiyat Fondundan külli miqdarda maliyyə vəsaitləri ayrıldı. Bunların özü indiki durumda, iqtisadiyyatın dayandığı bir dövrdə, həmçinin, neftin qiymətlərinin azaldığı, büdcədən böyük həcmdə vəsaitlərin koronavirusla mübarizəyə yönəldildiyi bir vaxtda çox müstəna addımlardır. Bunlar həm də dövlətin, dövlət başsının özünə güvəninin və inamının təsdiqidir. Yalnız özünə güvənən dövlət və onun lideri belə bir addım ata bilər. Ölkə Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında növbəti tarixi çıxışını etdi. Çıxışdan məlum oldu ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə isə digər şəhərlərdə bu tipli xəstəxanalar istifadəyə veriləcək və beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Dövlət başçısının da qeyd etdiyimi kimi, "Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır...". Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyəti oldğu kimi və birmənalı şəkildə dilə gətirdi. "Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir"-deyən dövlət başçısı sözlərinə əlavə etdi ki, ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. "Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir. Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb"-deyən ölkə Prezidenti bunun o qədər də böyük tənəzzül olmadığını diqqətə çatdırdı - cəmi 1,7 faiz. Ölkə başçısı eyni zamanda, açıq şəkildə bildirdi ki, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. "Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır"-deyərək, dövlət başçısı bir daha hər kəsi məsuliyyətə dəvət etdi, bildirdi ki, burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır. Bəli, həqiqətən də bizi məsuliyyətimizi, vətəndaş mövqeyimiz, milli həmrəylimiz qurtara və xilas edə bilər. Bunu üçün də bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalar və əlcəklərdən yararlanmalı, sosial məsafəni gözləməliyik. Ən əsası hər birimizə hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik.

sia.az