Siyasət

  • 14 426

"Azərbaycanın geniş iqtisadi potensialı kifayət qədər dayanıqlıdır" ÖZƏL - MÜNASİBƏT

image

"Azərbaycan öz coğrafiyasına görə əlverişli mövqedə yerləşir, həmçinin, ölkənin geniş iqtisadi potensialı da kifayət qədər dayanıqlıdır. Belə vəziyyətdə əlbəttə ki, Azərbaycanla münasibətlərin inkişafı regionun digər ölkələri ilə münasibətlərin inkişafına da zəmin yaradır. Həmin bu təşkilat və təsisatların regional dayaqları möhkəmlənmiş olur". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, politoloq İlqar Vəlizadə Azərbaycanın beynəlxalq təşkilatlarla və şirkətlərlə münasibətlərindən danışarkən deyib.O bildirib ki, son aylar baş verən proseslər dünyanın bir çox təşkilatlarının və şirkətlərinin Azərbaycanla münasibətlər qurmaqda maraqlı olduğunu göstərdi və tərəflər bu əməkdaşlığı genişləndirmək niyyətindədir: "Burada iri biznes təşkilatlarından tutmuş, beynəlxalq kredit təşkilatlarına qədər, müxtəlif ölkələri birləşdirən təşkilatlardan danışmaq olar. Dövlət başçısının son aylar ərzindəki həyata keçirdiyi onlayn tədbirlər və videokonfranslar onu göstərir ki, müxtəlif qurumlar Azərbaycanla münasibətdə maraqlıdır. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, "Microsoft" kimi təşkilat və şirkətlər, iri neft şirkətləri, xüsusilə də, bizim ənənəvi tərəfdaşlarımızdan biri olan BP (British Petrol), həmçinin, digər enerji şirkətləri, o cümlədən, təkrarolunan enerji və onun istehsalı ilə məşğul olan şirkətlər, əlbəttə ki, Avropa İttifaqı, Qoşulmama Hərakatı, Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurası, İslam Əməkdaşlığı Təşkilatı və digər təsisatlar və qurumlarla Azərbaycan bu pandemiya dövründə də sıx əməkdaşlıq edərək, bu əlaqələri yeni mərhələdə də inkişaf etdirməyə və öz maraqlarını təmin etməyə çalışır".Ekspertin fikrincə, son dövrlərdə müxtəlif təşkilatlar və təsisatlar əməkdaşlıq əlaqələri qurmaqda ehtiyatlı davranırlar, çünki, bu dönəmdə hər bir düşünülməmiş addım müəyyən risklərlə səciyyələnə və təşkilata itkilər verə bilər: "Ona görə də, bu təşkilatlar və təsisatlar daha etibarlı tərəfdaşlarla münasibətlər qurmaq niyyətindədirlər. Son videokonfranslar, bir neçə təşkilat və şirkətlərlə baş tutmuş danışıqlar onu göstərir ki, Azərbaycan bütün bu sadalanan təşkilat və təsisatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Bu qurumlar Azərbaycan ilə gələcəkdə də çox maraqlı və mühüm planlar üzərində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.Azərbaycan öz coğrafiyasına görə əlverişli mövqedə yerləşir. Həmçinin, ölkənin iqtisadi potensialları da kifayət qədər dayanıqlıdır. Belə vəziyyətdə əlbəttə ki, Azərbaycanla münasibətlərin inkişafı regionun digər ölkələri ilə münasibətlərin inkişafına da zəmin yaradır. Həmin bu təşkilat və təsisatların regional dayaqları möhkəmlənmiş olur. Ona görə də, risklər çox olsa da və pandemiya proqnozlaşdırılmamış məsələləri ortaya çıxarsa da Azərbaycanın müxtəlif təsisat və təşkilatlarla münasibətləri inkişaf edir".

sia.az

Digər xəbərlər