Siyasət

  • 11 049

"Pandemiya dövründə həyata keçirilən humanist siyasətin bir daha şahidi olduq" ÖZƏL - AÇIQLAMA

image

"İyun ayının əvvəlində həftə sonları tətbiq edilən sərt karantin rejimi bizə o qədər də nəticə vermədi, buna görə də iyun ayının 21-dən iyul ayının 5-nə qədər çox ciddi karantin rejimi tətbiq olundu və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi vətəndaşın sağlamlığı və sosial müdafiəsinin təminatı nəzərə alınaraq yenidən qeyri-formal işçilərə və sosial yardıma ehtiyacı olan insanlara 190 manat müavinət bərpa olundu". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, Azərbaycanda 4 aya yaxın bir müddətdir ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri aparılır, hətta, ölkədə infeksiya qeydə alınmamışdan əvvəl Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə bütün önləmlər alınmışdır və virus qeydə alındıqdan sonra isə daha ciddi, genişmiqyaslı tədbirlər görülməyə başlandı:"Görülən bütün işlərdə bir tezis özünü biruzə verirdi və bu, Prezident İlham Əliyevin bütün çıxışlarında da səslənirdi ki, bizim üçün əsas vətəndaşın sağlamlığıdır. Ən güclü və inkişaf etmiş ölkələrdə belə problemlər meydanə gəldi. Buna baxmayaraq, Azərbaycanda güclü tədbirlər görüldü. Baxmayaraq ki, bütün dünya iqtisadiyyatına pandemiya çox ciddi ziyanlar vurdu və Azərbaycan iqtisadiyyatından da yan keçmədi. Prezident İlham Əliyev isə bütün yükü və ağırlığı dövlətin üstünə götürdü. Vətəndaşın sağlamlığı, sosial rifahı üçün bütün tədbirlər görüldü. İki aylıq tətbiq edilən sərt karantin dövründə insanlar əməkhaqqıları təmin edilməklə məzuniyyətə çıxarıldı. Günəmuzd çalışan vətəndaşlarımıza da həmçinin 190 manat müavinət ödənildi. Prezident İlham Əliyev bildirdi ki, əgər yenidən sərt karantin rejimi tətbiq edilsə əhaliyə müavinətlər veriləcək və heç bu vəziyyətdə sıxıntı çəkməyəcək".Millət vəkili vurğulayıb ki, bütün dünya ölkələrində sərt karantin rejimindən yumşalmalara doğru getdikdə pandemiya ilə əlaqədar yoluxma sayının artdığı və ölüm hallarının artığını müşahidə olunur, lakin insanları da il boyu karantin altında saxlamaq mümkün deyil: "Çünki, burada sosial-psixoloji amillər də özünü göstərir. Bir tərəfdən ölkəmizdə pandemiya ilə ciddi mübarizə aparılır, digər tərəfdən də insanların əvvəlki həyat tərzinə uyğunlaşması ilə bağlı karantin rejimində müəyyən yumşalmalar tətbiq edilirdi. Koronavirusla mübarizədə təkcə dövlətin və hökumətin səyləri kifayət etmir, bu bir müharibədir və bu müharibədə hər kəs düşməni öz ətrafında hiss etməlidir. Vətəndaşlar da bu mübarizəyə çox ciddi şəkildə qoşulmalı idi. Hökumətin məsuliyyəti nə qədərdirsə, vətəndaşın da məsuliyyəti o qədərdir".Məlahət İbrahimqızı qeyd edib ki, iyun ayının əvvəlində həftə sonları sərt karantin rejimi tətbiq edildi, lakin bu bizə o qədər də nəticə vermədi, buna görə də iyun ayının 21-dən iyul ayının 5-nə qədər çox ciddi karantin rejimi tətbiq olundu və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi vətəndaşın sağlamlığı və sosial müdafiəsinin təminatı nəzərə alınaraq yenidən qeyri-formal işçilərə və sosial yardıma ehtiyacı olan insanlara 190 manat müavinət bərpa olundu: "Artıq 3-cü ay vətəndaşlar bu müavinəti alacaqlar. Bu bir daha göstərir ki, ölkə rəhbərinin yürütdüyü siyasət həmişə humanist və sosial yönümlü olub. Həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hələ Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi bütün layihələr dünyada sosial və humanist dəyərlərin simvoluna çevrilmişdir. Bu mənadə ölkəmizdə pandemiya dövründə də həyata keçirilən humanist siyasətin bir daha şahidi olduq".

sia.az

Digər xəbərlər