Siyasət

  • 11 809

"Azərbaycan dövləti özündən asılı olan hər şeyi edir" ÖZƏL-ŞƏRH

image

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı söylədiyi fikirlər ölkəmizdə koronavirusla dövlətin apardığı mübarizə tədbirlərinin nə qədər səmərəli, məqsədyönlü, nəticəyönümlü və qabaqlayıcı xarakter daşıdığını bir daha nümayiş etdirdi. Bununla belə koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi bugünkü nəticələr və sabah gözlənilən perspektivlər barədə də aydın təsəvvürlər yaratmaq baxımından Prezidentin dediyi fikirlər dəyərlidir. Xüsusilə Azərbaycanın dünya ölkələri ilə müqayisədə nisbətən ən yaxşı vəziyyətdə olması və indiki həddə qədər ən az itkilərlə gəlib çıxmasının məhz görülən dövlət tədbirlərinin səmərəli və qabaqlayıcı olmasının nəticəsi olduğu artıq heç kimdə şübhə doğurmur". Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Prezident öz çıxışında pandemiya ilə mübarizənin növbəti dəfə sərtləşdirilməsinin labüd və qaçılmaz olduğunu Azərbaycan cəmiyyətinə təlqin edə bildi: "Çünki cəmiyyətdə artıq bilir və görür ki, Azərbaycan dövləti həqiqətən özündən asılı olan hər bir şeyi edir və aydın məsələdir ki, bundan sonra da edəcək. Əgər biz pandemiyanın yayılmasında indiki şəraitdə pis nəticələrlə üzləşiriksə, cəmiyyətdə artıq şübhə yoxdur ki, bu görülən dövlət tədbirlərinin deyil, məhz vətəndaşların, ayrı-ayrı məsuliyyətsiz insanların pandemiya qaydalarına sona qədər əməl etməməsinin birbaşa nəticəsidir. Ona görə də Prezidentin söylədiklərinin bizim cəmiyyəti pandemiya mübarizədə daha məsuliyyətli şəkildə toparlamağa yönəltmək baxımından əhəmiyyətli olacağını düşünürəm. Cənab Prezident burada Azərbaycan cəmiyyətində ictimai qınaq və dövlət nəzarətinin birlikdə daha da sərtləşdirilə biləcəyi barədə cəmiyyətə maraqlı mesaj verdi. Əlbəttə ki, bu təkcə cəmiyyətimizə bir xəbərdarlıq deyildi eyni zamanda yaranmış situasiyada ən səmərəli bir çıxış yoludur. Həqiqətən də əgər dövlət özündən asılı olan hər şeyi edirsə, belə şəraitdə vətəndaşların lazım olan hər şeyi etməsi sadəcə olaraq onun borcu və həm də böyük mənada milli təhlükəsizlik məsələsidir. Həqiqətən də əgər ölkənin Prezidenti lazım olan və tələb olunan yerlərdə maska ilə gəzdiyini və bunu milli amallara hörmət kimi nümayiş etdirirsə sadə vətəndaşların bu qaydalara əməl etməməyə əsası və haqqı yoxdur.Gəncədəki çıxışlarda Prezident ölkəmizin pandemiya ilə mübarizədə sabah hansı nəticələrə sahib olacağımızdan asılı olmayaraq sosial rifah vəziyyətinin ilin sonuna qədər yüksək səviyyədə saxlanılmasının vacibliyi barədə verdiyi bəyanat xüsusilə əhəmiyyətlidir. Çünki bu bir daha nümayiş etdirir ki, hətta ən ağır şəraitlərdə də dövlət insanların sosial rifah halının yüksək səviyyədə saxlanılmasını unutmur və dəyişməz sosial strateji bir xətt kimi həyata keçirir. Xüsusilə də indiki şəraitdə imkanlı şəxslərin pandemiya ilə mübarizədə müəyyən töhfələr verə biləcəyi barədə fikirlərin də dəyəri var. Çünki doğurdan da imkanlı şəxslər sadəcə cərimə ödəyib amma pandemiya ilə mübarizə qaydalarını poza-poza getsələr onda cəmiyyətdə ağır nəticələrə gəlib çıxa bilərik. Qəti şəkildə əminəm ki, cəzaların bir qədər sərtləşdirilməsi Azərbaycan cəmiyyəti üçün gözlənilən perspektivin daha yaxşı olacağına şans açır".

sia.az

Digər xəbərlər