Siyasət

  • 12 497

"Ermənistan hakimiyyəti heç bir uğura imza ata bilmir" ÖZƏL-RƏY

image

"Ötən gün Moskvada Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib. Bu faşizm üzərində bir qələbədir. Təbii ki, buna müxtəlif cür yanaşanlar var. Amma bizim Böyük Vətən müharibəsinə, ikinci Dünya Müharibəsi 700 minə yaxın övladımız gedib. Onun 300 mindən çoxu şəhid olub. Onların hər biri qəhrəmandır. Bu qələbənin əldə edilməsində Bakı neftinin müstəsna xidməti var. Bu gün hər kəs Bakı neftindən danışır. Amma o zamanlar Bakıda hospitallar olub. On minlərlə, yüz minlərlə insan gəlib burada müalicə olunub. Eləcə də xeyli sayda silahlar üçün mərmilər Bakıda hazırlanıb". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.Hərbi ekspertin sözlərinə görə, Azərbaycan oğulları cəbhədə müstəsna qəhrəmanlıqlar göstəriblər: "Sovet İttifaqının ədalətsizliyinə görə onların bir çoxu orden və medallar almayıblar. Həzi Aslanov daxil olmaqla yüzdən artıq qəhrəman oğullarımıza qarşı haqsızlıq olub. Həmçinin Azərbaycanın şair və yazıçıları, incəsənət, mədəniyyət xadimləri - Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Şövkət Ələkbərova, Sara Qədimova, Üzeyir Hacıbəyov və s. cəbhə bölgələrinə gediblər və onlar ön xətdə döyüşən hərbiçilərimizlə bərabər olublar. Moskvada keçirilən hərbi paradda da Azərbaycanın iştirak etməyə haqqı var.Azərbaycan dövlətinin digər dövlətlərdən fərqi ondan idi ki, öz üçrəngli bayrağımız öndə getməklə 75 nəfər hərbi qulluqçumuz, Azərbaycanın hərbi formasında və ölkəmizin istehsal etdiyi silahlarla silahlanmış şəkildə paraddan keçdilər. İşğalçı dövlət isə sovet Ermənistanının bayrağı və Rusiya ordusunun silahları ilə hərbi paraddan keçdi. Təbii ki, bu da Ermənistanın müstəqil dövlət olmadığını və hələ də Rusiyanın forpostu olduğunu göstərir. Azərbaycan əsgərlərinin isə meydanda üçrəngli bayrağımızla keçməsinin özü Azərbaycan dövlətinin nə qədər müstəqil siyasət yeritdiyini göstərir. Qondarma Dağlıq Qarabağ separatçı rejimin bayrağı olan medalın parad zamanı erməni hərbi dəstəsinə rəhbərlik edən polkovnik Aşot Akopyanın sinəsində olması isə gülünc doğurdu. O rejimi heç Ermənistan özü tanımır və tanıyada bilməyəcək. Son dövrlər Ermənistan hakimiyyəti heç bir uğura imza ata bilmir və bu cür cığallıqlar edir. Onlar ya Şuşaya gəlir, ya orada andiçmə keçirir, ya da beynəlxalq tədbirlərdə oğurluq Qarabağın bayrağını göstərmək istəyirlər. Bunların heç birini dünya qəbul etmir və Azərbaycan öz torpaqlarını azad edəcək".

sia.az

Digər xəbərlər