"Hər bir şəxs bilməlidir ki, bu tələblərin məqsədi nədir, maska taxmaqda məqsədimiz nədir və nədən ibarətdir. Biz maska taxmaqla özümüzün, ailəmizin, sevdiklərimizin, yaxınlarımızın virusa yoluxmasının qarşısını almış oluruq". SİA-nın verdiyi məlumata görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.Qulam İshaqzai bildirib ki, etibarlı mənbələrdən məlumat toplayın: "Bu haqda böyük sayda yanlış məlumatlar var. Dövlət strukturları tərəfindən yaradılan mənbələrə etibar edin. Buradan məlumat toplayın. Bununla da biz etibarsız mənbələrdən verilən məlumatların qarşısını almış olaraq".
sia.az