Siyasət

  • 12 359

"Gəlin, koronovirusa qarşı birgə mübarizə aparaq" - ŞƏRH ÖZƏL

image

"Koronuvirusla müharibənin iştirakçıları da, qəhrəmanları da, qalibləri də, məğlubları da bizik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, koronavirusla müharibənin sonunda kimin hansı statusta olacağı həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə uymasından asılı olacaq: "Gəlin, koronovirus pandemiyasına qarşı birgə mübarizə aparaq, sosial məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu müharibədən qalib çıxaq! Biz buna layiqik! Biz birlikdə güclüyük!".

sia.az

Digər xəbərlər