Siyasət

  • 14 275

26 İyun Silahlı Qüvvələr Günüdür

image

Azərbaycanın iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır.Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Ölkəmizdə yaradılan 20-dən çox hərbi zavodda müxtəlif adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusunun yaranıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratması və hökumət tərəfindən 25 min nəfərlik ordu yaradılması vəzifəsi irəli sürüldükdən sonra, avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilib.1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra Hərbi Nazirlik ləğv olunub. Sovet İttifaqının süqutundan sonra müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində böyük işlər görülüb.Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordunun dirçəldilməsi prosesinə başlandı. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı.1998-ci ilin mayında Prezident Heydər Əliyevin Fərmanı ilə iyunun 26-sı Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edilib. Bu gün sabitlik, iqtisadi inkişaf və güclü müasir ordunun formalaşdırılması müasir Azərbaycanın əsas göstəricilərindəndir. Son illər Azərbaycanda böyük miqdarda müasir tanklar, hərbi nəqliyyat vasitələri, HHQ sistemi, tank əleyhinə raket və artilleriya sistemi, pilotsuz uçuş aparatları alınıb. Ölkənin yeni hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirilib. Bu hərbi əməliyyatlar ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında real üstünlüyə malik olduğunu nümayiş etdirdi.Son illər ərzində, Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi və silahlı qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb. Ölkəmizin hərbi silah istehsalçısıdır və öz hərbi məhsullarını xarici ölkələrə ixrac edir. Bu gün Azərbaycan hərbi gücə və potensiala malikdir. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağını tezliklə erməni işğalında olan torpaqlarımızda da dalğalandıracaq.Bu gün hərbi əməliyyatlar zamanı istənilən nöqtədə düşmənə sarsıdıcı zərbələr endirmək qabiliyyətinə malik güclü ordumuz var.

sia.az

Digər xəbərlər