Siyasət

  • 11 687

"Prezident mütəmadi olaraq ümumi vəziyyətlə maraqlanır" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həqiqətən də dünya liderləri arasında öz xalqının, hər bir fərdinin həyatı uğrunda mübarizəsi ilə fərqlənir". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib."O, dövlətin bütün imkanlarını, resurslarını səfərbər edib ki, hər bir azərbaycanlını qoruya bilsin. Təbiidir ki, bu mümkün olduqca belədir. Çünki koronavirus pandemiyası elə bir şeydir ki, bundan 100 faiz qorunma imkanı yoxdur, müalicəsi də tapılmır və peyvəndi də yoxdur. O baxımdan Azərbaycan dövlətinin rəhbəri mümkün olanın həyata keçirilməsi üçün əlindən gələni edir. Ona görə istər Bakıda, istər Sumqayıtda, istərsə də Gəncə və digər bölgələrimizdə Azərbaycan insanının həyatının qorunması üçün tibbi tədbirlərin ən yüksək səviyyədə həyata keçirilməsi üçün şərait yaradır. Əlbəttə ki, Azərbaycan Prezidenti tarixin bu mərhələsində üzərinə düşən məsuliyyəti çox ciddi şəkildə dərk edir. O anlayır ki, indiki mərhələdə Azərbaycan xalqını bu bəşəri bəladan minimum itkilərlə çıxarmaq günün bir nömrəli məsələsidir. Ona görə də gördüyümüz kimi dövlət başçısı bütün imkanlarını səfərbər edib və Özü şəxsən proseslərin önündə gedir. Prezident mütəmadi olaraq da ümumi vəziyyətlə maraqlanır, təhlil edir və ona uyğun olaraq da qərarlar verir"-deyə, A.Həsrət fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər