Siyasət

  • 12 806

“Prezidentin dediyi kimi, ictimai nəzarət, ictimai qınaq mütləq olmalıdır” ÖZƏL-MÜNASİBƏT

image

Dübyanı bürümüş bəlanın, pandemiyanın Azərbaycanda sürətlə yayılmasının qarşısı alındı, çünki, dövlət rəhbərliyi, Cənab Prezident qabaqlayıcı tədbirlər gördü. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə deyib.İctimai Birliyin sədri qeyd edib ki, sərhədlər bağlanıldı, qərargah yaradıldı, problemin inkişafına qarşı müəyyən tədbirlər görüldü və Azərbaycanda doğrudan da bu xəstəlik sürətlə yayıla bilmədi.

“Sadəcə, bu gün biz bu problemi hələ də yaşayırıq. Çünki, xəstəlik hələ də davam edir və Cənab Prezident çox gözəl dedi ki, buna ictimai nəzarət, ictimai qınaq mütləq olmalıdır. Bir vətəndaş cəmiyyəti kimi, bir QHT kimi biz də əlimizdən nə gəlirsə onu edirik. Çünki, elə bu yaxın zamanlara qədər, iki-üç gün bundan əvvəl də bizim təşkilatın könüllüləri çox fəal iştirak iştirak etdilər bu ictimai nəzarətdə və tibbi maska və spirtləri küçələrdəcə insanlara payladılar. Eyni zamanda onların özlərini qorumalarının vacibliyini bir daha onlara xatırlatdılar.
Hər bir insan düşünməlidir ki, əgər özü xəstələnərsə onun ailə üzvü də xəstələnəcək, onunla ünsiyyətdə olanlar da xəstələnəcək. Bilirsiniz, insan tək özünü düşünməməlidir. Ona görə, mən də bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi çağırış edirəm ki, insanlar gərək özlərini qorusunlar, tibbi maskadan istifadə etsinlər, harada yığıncaq olur, toplantı olursa orada həm məsafəni saxlasınlar, həm də qoruyucu maskanı taxsınlar. Mən düşünürəm ki, bu müvəqqəti olan bir hadisədir, bu bitəcək, qurtaracaq. Amma, özümüzü qorumağımız üçün və xəstəliyin tez bir zamanda yox olması üçün bizdən çox şey asılıdır.
Düzdür, sosial şəbəkələrdə müəyyən informasiyalar gedəndə insanlar bir az çaşqın qalır. Bəlkə də bir az rahatlaşır, inamı itir. Amma, hamımız görürük ki, həyatını itirənlər var. Az faizdə də olsa ölənlər var. Adi qrip də olanda biz axı çalışırıq ki, məsafəni qoruyaq, qripə yoluxan həmin insandan bir az uzaq duraq. Ona da məsləhət veririk ki, sən bir tibbi maska tax heç olmasa virus başqalarına keçməsin. Məgər bunu etməmişikmi? İndi bu virus daha ciddi bir problemdir və ona görə də o tibbi maskanın taxılması düşünürəm ki, çox vacibdir və bunu hər bir insana da tövsiyyə edirəm”, deyə İradə Rzazadə bildirib.

sia.az

Digər xəbərlər