Siyasət

  • 12 089

"Cərimələr pul yığmaq üçündür, anlamına gəlməməlidir" ÖZƏL-MÖVQE

image

"Ümumiyyətlə biz həm dünyada gedən proseslərlə, həm də ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxsaylı müracətləri, izahları ilə, reallıqlarla, gerçəkliklərlə razılaşmalıyıq. Özümüzü, cəmiyyətimizi, insanlarımızı qorumaqdan ötrü kifayət qədər sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunu Azərbaycan Respublikasının Milli Məclisi etməlidir". Bunu SİA-ya millət vəkili Nizami Cəfərov deyib."Əgər bu gün Milli Məclisimiz sərt tədbirlər görməsə, biz gələcəkdə daha da peşman ola bilərik. Ona görə də təbii ki, cərimələr artırılmalıdır. Bəs cərimələr niyə artırılmalıdır? Cərimələr ona görə artırılmamalıdır ki, Milli Məclis tələb edir ki, xalq çoxlu cərimə versin. Bu əsla ona görə deyil. Tələb olunan şey ondan ibarətdir ki, maska taxılsın. Ona görə ki, biz xalqımızı, gerçəkliyimizi, reallığımızı bilirik. Bu qədər sözlər deyilsə də amma yenə də görürsən ki, həyətlərdə, yas məclislərində dar bir yerdə maskasız oturublar. Bu gün inzibati olaraq hər adamın yanına bir polis işçisi qoya bilmərik. Amma bununla yanaşı maska taxılmalıdır. Bu mənada mən cərimənin artırılmasının tərəfdarıyam. Lakin bu heç də o anlama gəlməməlidir ki, cərimə pul yığılmaqdan ötrüdür. Hətta bizim bəzi deputatlarımız deyirdilər ki, cəriməni azaldaq. Halbuki məsələnin fəlsəfəsi, mahiyyəti bundan ibarətdir ki, maska taxın və özünüzü qoruyun. Bu sanki insanın özünü qorumamasından ötəri cərimə verməsinə bənzəyir. Belə bir paradoks əmələ gəlir. Əgər siz maska taxmırsınızsa, həm özünüzə qarşı, həm də ətrafdakılarınıza qarşı laqeyidsizlik bir yana qalsın cinayətkarlıq edirsiniz. Bu gün dünyada insan həyatından dəyərli heç nə yoxdur”-deyə, N.Cəfərov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər