Siyasət

  • 10 037

"Ermənistan işğal edilmiş torpaqları tərk etməyə məcbur ediləcək" ÖZƏL - AÇIQLAMA

image

"Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi aktualdır və yerindədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin üzvü olan deputatı Anar İsgəndərov deyib.illət vəkili bildirib ki, bu təşəbbüs Azərbaycan dövlətinin nüfuzunu və gücünü göstərir və 130-a qədər dövlət həmin təklifi dəstəkləyirsə, bu, Azərbaycanın dövlət başçısına olan hörmət və ehtiramın nümunəsidir:"Bu, ərazicə kiçik olmasına baxmayaraq Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu göstərən bir ölçüdür. Bu baxımdan mənə elə gəlir ki, hazırda bütün dünya üçün fəlakət və ağrılı hadisə koronavirus pandemiyasıdır. Azərbaycanın dövlət başçısı Prezident İlham Əliyev bu tövsiyyəsi, məsləhəti və təklifi ilə təkcə Azərbaycan xalqını yox, ümumiyyətlə, bəşəriyyəti düşünən bir dövlət başçısı olduğunu əyani surətdə göstərdi. Düşünürəm ki, bu təklif uğurla nəticələnəcək. Eyni zamanda Azərbaycana və Azərbaycan dövlətinə qarşı, təbii ki, başda Ermənistan olmaqla, bədxah münasibətdə olan dövlətlərin də iç üzü açılacaq".Anar İsgəndərov bildirib ki, bu mənada dövlət başçısının təklifini təqdirəlaqyiq hesab edir və əminliklə vurğulayır ki, bu kimi tədbirlər son nəticədə Azərbaycanın uğuruna gətirib çıxaracaq:"Azərbaycanın uğuru dedikdə nə nəzərdə tutulur? Söhbət təbii ki, işğal olunmuş ərazilərimizdən gedir. Nə qədər ki, Azərbaycanın işğal altında olan torpaqları var, nə qədər ki, dünya birliyi hələ də müəyyən məsələlərdə Ermənistanı müdafiə edir, Azərbaycan da bu istiqamətdə öz siyasi aktivliyini güclü bir şəkildə davam etdirəcək. Bu kimi təkliflərlə Azərbaycanın nüfuzunu dünyaya bəyan etməklə, əsl tarixi həqiqət, dünya həqiqəti ortaya çıxacaq. Bununla da Ermənistan Azərbaycanın gücü hesabına işğal edilmiş torpaqları tərk etməyə məcbur ediləcək".

sia.az

Digər xəbərlər