Siyasət

  • 10 040

"Azərbaycan rəqabətdə olan ölkələrin dostluq platformasına çevrilib" ÖZƏL - MÜNASİBƏT

image

"Bu bir daha coğrafi cəhətdən kiçik bir dövlət olan Azərbaycanın qlobal sağlamlığa və qlobal həmrəylik siyasətinə verdiyi töhfədir. Bundan əvvəl də Azərbaycan biri-biri ilə kəskin rəqabətdə olan ölkələrin, dövlətlərin dostluq və dialoq platformasına çevrilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.O bildirib ki, dünya bu gün COVID-19 kimi çox çətin və çox bəlalı bir pandemiya ilə üz-üzədir və əslində bu təkcə insanların səhhətinə mənfi təsir etmir, dolayısı ilə digər sahələrə də öz təsirini göstərir:"Pandemiya eyni zamanda qlobal siyasi nizamı, həmçinin, beynəlxalq iqtisadi nizamı yerli və köklü şəkildə dəyişən bir hadisədir. Bu hadisə III Dünya Müharibəsi ilə müqayisə olunur və ona bərabər tutulur. Belə bir halda BMT Təhlükəsizlik Şurası olsun, BMT Baş Assambleyası olsun, müxtəlif beynəlxcalq təşkilatlar və hegamon dövlətlər olsun, təəsüf ki, heç birinin biz qlobal inteqrasiya və həmrəylik şəklində COVID-19-a qarşı mübarizəsinin şahidi deyilik. Bununla bağlı biz hətta təşəbbüslərin və təkliflərin də şahidi deyilik".Politoloq vurğulayıb ki, belə bir halda Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təklif çox önəmli idi:"Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Zirvə toplantısında videokonfrans vasitəsilə bu məsələni qaldırmış və artıq ötən həftənin sonunda məlum olduğu kimi BMT-nin 130-a qədər dövləti həmin təşəbbüsü dəstəkləmişdir. Təbii ki, Ermənistandan başqa. Bu bir daha coğrafi cəhətdən kiçik bir dövlət olan Azərbaycanın qlobal sağlamlığa və qlobal həmrəylik siyasətinə verdiyi bir töhfədir. Bundan əvvəl də, bir neçə dəfə Azərbaycan biri-biri ilə kəskin rəqabətdə olan ölkələrin, dövlətlərin dostluq və dialoq platformasına çevrilmişdir. Ümumilikdə, bu gün dünyada artıq 10 milyondan çox insan koronavirusa yoluxmuşdur. Belə bir halda təbii ki, dünya ölkələri arasında həmrəy mexanizmlərin hazırlanması, siyasi və iqtisadi təsirlərin azaldılması ilə bağlı müştərək və birgə planların, həmçinin layihələrin hazırlanması çox vacibdir. Bu kimi tədbirlər təbii ki, pandemiyaya qalib gəlməkdə böyük kömək olacaqdır".

sia.az

Digər xəbərlər