Siyasət

  • 9 423

"Şəxs daşıyıcı olduğu halda müayinənin cavabı neqativ görünə bilər" ÖZƏL - AÇIQLAMA

image

"Son günlər COVID-19-a yoluxma halları artmaqdadır. Təəssüf ki, insanlar qaydalara riayət etmirlər. Bununla bağlı Milli Məclisdə də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdik və cərimələrin miqdarı artırıldı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva deyib.O bildirib ki, söhbət burada insanların qaydalara riayət etməsini təmin etməkdən gedir və bu gün bir nəfərin xəstələnməsi ətrafındakı hər kəsin xəstələnməsi deməkdir: "Əgər insanlar Operativ Qərargah tərəfindən irəli sürülən qaydalara riayət etsələr, qoruyucu maskadan istifadə etsələr, sosial məsafəni saxlasalar, gigiyenik qaydalara əməl olunsa insanlar həm özlərini, həm də ətrafındakıları qorumuş olacaqlar. Ölkəmizdə cərimələrin miqdarı artırılsa da digər ölkələrdə tətbiq edilən cərimələrə nəzər saldıqda bu rəqəmlər simvolik səslənə bilər".Millət vəkili vurğulayıb ki, insanların COVID-19 testindən keçərək rayonlara buraxılması indiki vəziyyətdə qəti surətdə yolverilməz bir haldır: "Statistik məlumatlara da baxsaq yoluxanların çoxunun Bakı şəhəri ərazisində olduğunu görürük. Bəzi rayonlarımızı çıxmaq şərti ilə digər rayonlarda vəziyyət qənaətbəxşdir. Təsəvvür edin ki, əgər yollar açılsa və insanlar testdən keçirilərək belə rayonlara buraxılsa daha böyük yoluxma statistikasını əks etdirən rəqəmlərlə qarşı-qarşıya qalacağıq. Ola bilsin ki, şəxs daşıyıcı olsun lakin infeksiya müəyyən müddət üzə çıxmasın, neqativ görünsün. Eyni zamanda insanlar rayonlara axın etdiyi halda rayonlarda kütləvilik artacaq. İnsanlar bu infeksiyanı rayonlara da daşıyacaq. Bununla da acı nəticələrlə üzləşə bilərik. Ona görə də insanların icazələr əsasında belə rayonlara buraxılmasına qarşıyam. Bu indiki dövrdə yolverilməzdir. Bu gün əsas məqsədimiz yoluxmaların sayının artmasının qarşısını almaqdır. Bu say azaldıqca sağalmaların da sayı artacaq, vəziyyət tədricən stabilləşəcək. Bunun isə əsas yolu özünütəcriddir. Evdə qalıb özümüzü təcrid etməklə COVID-19-a yoluxma sayında azaldılmanı müşahidə edə bilərik. Yeganə çıxış yolumuz budur".

sia.az

Digər xəbərlər