Siyasət

  • 10 153

Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında bir nümunədir

image

Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir

Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, kiçik ada ölkələri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var.Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq təhlükələr yaradıb. Şərti olaraq “III Dünya müharibəsi” adlandırılan COVID-19 pandemiyası ilə mübarizədə özünütəcrid və fraqmental xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı.Doğrudur, BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülmüşdü, lakin onların da çoxu uğurla nəticələnmədi və necə deyərlər, deklarativ mətnlərlə yekunlaşdı. Bütün bunların fonunda ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil ediləcək və müsbət təsirləri olacaq. Düşünürəm ki, BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var. koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi. Eyni zamanda cənab Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə 2-ci yerdə dayanan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Arizə Mahmudova, 209 saylı orta məktəbin direktoru

sia.az

Digər xəbərlər