Siyasət

  • 9 461

"Müxtəlif təsir metodlarından istifadə olunmalıdır" ÖZƏL-MÜNASİBƏT

image

"Karantin rejimi sərtləşdiriləndən sonra da koronavirus infeksiyasına yoluxmaların sayının 500-ün üstündə olmasını vətəndaşların karantin rejiminin tələblərinə məsuliyyətlə yanaşmamasından irəli gəldiyini düşünürəm". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, artıq tibbi maska taxılmamasına görə cərimələrin miqdarı da artırılıb: "Biz əgər müvafiq tələblərə əməl etməsək infeksiyanın yayılma sürəti yenə artacaqdır. Bunun baş verməməsi üçün kimliyindən asıllı olmayaraq tələbləri pozmuş hər kəsə inzibati cəza tətbiq olunmalıdır. Həm də düşünürəm ki, qanunun icrasını tələb edilməsi üçün nəzarət güclənməlidir. Müxtəlif təsir metodlarından istifadə olunmalıdır. Biz dərk etməliyik ki, bütün məhdudiyyətlər və qadağalar bizim və yaxınlarımızın sağlamlıqları naminə tətbiq olunur".

sia.az

Digər xəbərlər