Siyasət

  • 10 338

"Yumşalma tədbirləri Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı" Bəhruz Quliyev

image

Yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.O bildirib ki, COVID-19-la mübarizədə qəbul olunmuş kriteriyalar və əsas faktorlar artıq bir neçə aydır ki, mətbuat və televiziyalar vasitəsi ilə təbliğ olunub və bu gün də həmin təbliğatlar vətəndaşlara təqdim edilməkdədir: “O cümlədən, dövlətimizin başçısı cənab İlham Əliyev buna qədərki çıxışlarında da insanları həmrəy olmağa, məsuliyyətli davranmağa, virus infeksiyasına qarşı birgə mübarizə aparmağa dəvət edib. O cümlədən, dövlətin hazırkı dövrə qədər gördüyü işlərin, həyata keçirilən ardıcıl layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayan ölkəmizin rəhbəri Azərbaycan xalqının bu sınaqdan da əzmlə, qalib çıxacağını vurğulayıb. Çünki dövlət, bu məsələdə ən incə detallara qədər gedib, o cümlədən, preventiv addımlarını atıb. Baxın, virus yeni yayılmağa başlayarkən artıq səhiyyə sistemində təxirəsalınmaz işlər həyata keçirildi, xəstəxanalar ən müasir avadanqlıqlara təchiz olundu, önləyici sosial tədbirlər reallaşdırıldı, ölkənin ərzaq və xalqın sağlamlığının təhlükəsizliyi istiqamətində gərəkli qərarlar verildi.Bəhruz Quliyev bildirib ki, mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələyin yayılma sürətini artırdı. İyun ayının ortalarından koronavirus ölkə ərazisində yayılma sürəti artdı və yoluxmalar çoxaldı. Bu hal yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunur. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər:"Azərbaycanda da tətbiq olunan sərt karantin rejimi nəticəsində gündəlik yoluxma halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. Amma virusa qalib gəlməyin əsas yolu, karantin qaydalarına riayət etmək, həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin etməkdir".

sia.az

Digər xəbərlər