Siyasət

  • 10 436

"Ermənistan hakimiyyətinin məsuliyyətsizliyi sonrakı dövrlərdə də özünü göstərdi" ÖZƏL-RƏY

image

"Ümumiyyətlə Ermənistanın koronovirusla mübarizədə acınacaqlı vəziyyətə düşməsinin ilkin əlamətləri hələ 2020-ci ilin aprel-may aylarının əvvəllərindən hiss olunmağa başlanmışdı. Xüsusilə də mart ayında dünyanın bir sıra dövlətləri, o cümlədən Azərbaycan pandemiya ilə mübarizədə ciddi və sistemli tədbirlər görməyə başladığı bir vaxtda Ermənistanda hətta hökumət səviyyəsində buna o qədər də ciddi yanaşmırdılar və yaranmış təhlükənin sanki özü-özünə ötüşəcəyi ilə bağlı yalançı rəy formalaşmışdı. Bütün bunlar ona gətirib çıxardı ki, artıq may ayı ərzində Ermənistanda pandemiyanın sürəti demək olar ki, bütün ölkələri üstələməyə başladı. Digər tərəfdən Ermənistan hakimiyyətinin pandemiya ilə mübarizədə məsuliyyətsizliyi sonrakı dövrlərdə də özünü göstərdi". Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bütün başqa ölkələr, o cümlədən region ölkələri ciddi özünütəcrid qapalı şəraitə keçdiyi bir vaxtda Ermənistan rəhbəri lüzum olmadığı bir vaxtda, beynəlxalq hüquq normaları və insanlıq prinsiplərinə zidd olaraq başqa ölkələrə, o cümlədən də işğal olunmuş torpaqlarda keçirilən tədbirlərdə həvəslə, ard-arda iştirak etməyə başladı: "Baxmayaraq ki, işğal olunmuş Dağlıq Qarabağın özünün acınacaqlı vəziyyətdə olduğu ilə bağlı məlumatlar var idi amma Ermənistan rəhbəri bunu da nəzərə almadı. Ermənistanın bu gün acınacaqlı durumda olması bir tərəfdən hakimiyyətin xalqın sağlamlığı qarşısında məsuliyyətsizliyi ilə bağlıdır, digər tərəfdən təhlükəyə qarşı cəmiyyətin gücünü səfərbərliyə almaqdakı təcrübəsizliyi ilə bağlıdır. Həmçinin də deyərdim ki, lüzumsuz yerə bu məsələdə dünyanın köməyinə bel bağlaması ilə bağlıdır. Hətta Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya pandemiyaya qarşı mübarizədə BMT-nin qlobal bir sessiyasının çağırılmasına demək olar ki, hamılıqlı dəstək verildiyi bir halda Ermənistan yeganə dövlətdir ki, bunun əleyhinə çıxış etdi. Hətta deyərdim ki, işğalçı ölkə bəzi ölkələri də özünə qoşmağa cəhd etdi. Amma sonda Ermənistan tam fiaskoya uğradı. Ermənistan əslində öz acı niyyətlərinin bu gün nəticəsini yaşayır. Pandemiyaya qarşı mübarizədə o bəşəri prinsiplərə və dünya həmrəyliyinə dəsətk vermək əvəzinə yenə də özünün daxili siyasi ambisiyaları və əsassız ərazi iddiaları platformasına qapıldı. Nəticə də bu gün göz önündədir”.

sia.az

Digər xəbərlər