YAP Cəbrayıl rayon təşkilatında ilk partiya təşkilatı sədrlərinin və partiya fəallarının iştirakı ilə videokonfrans keçirilib

İyunun 30-da YAP Cəbrayıl rayon təşkilatında ilk partiya təşkilatı sədrlərinin və partiya fəallarının iştirakı ilə videokonfrans keçirilib.

Videokonfranda çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, hazırda pandemiya şəraitində dövlətimiz əhalinin sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, indiki dönəmdə Prezidentimiz cənab İlham Əliyev pandemiya ilə beynəlxalq mübarizədə mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarın qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsidir.
Natiq sonra deyib ki, karantin müddətindən bu günə kimi rayon təşkilatının könüllüləri, Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birlikdə ehtiyacı olan 2000-dən artıq aztəminatlı ailələrə müxtəlif formada ərzaq, dizinfeksiya vasitələri, tibbi vasitələr çatdırılmışlar.
Sonra Arif Fərzəliyev cari məsələlər barəsində YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tövsiyyələr ilk partiya təşkilatlarının sədrlərinin diqqətinə çatdırıb.
Videokonfransda rayon təşkilatının sədr müavini Tapdıq Nəsirov, idarə heyyətinin üzvü DAİM-in direktoru Şahin Şirinov, təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, Gənclər birlyinin sədri Əli Məmmədli çıxış ediblər.

yap.org.az