Siyasət

  • 11 578

“Hər birimizin vətəndaş məsuliyyəti olmalıdır” ÖZƏL-MÜNASİBƏT

image

“Hazırda dünya ölkələri bütün səylərini COVID-19 pandemiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 11 milyondan, dünyasını dəyişən insanların sayı yarım milyondan çoxdur. Bunlar olduqca faciəvi rəqəmlərdir və bu rəqəmlər hər dəqiqə artmaqda davam edir. 2020-ci il mart ayından etibarən ölkəmizdə dövlət səviyyəsində pandemiyanın qarşısının alınması məqsədilə ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.Forumun vitse-prezidenti vurğulayıb ki, qəbul olunan təhlükəsizlik strategiyası və qərarlar, yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin operativ həyata keçirilməsi mövcud təhlükənin qarşısının alınmasında ilk dönəmdə əhəmiyyətli rol oynadı.“Son bir neçə həftədə mövcud vəziyyət göstərir ki, ehtinasızlıq nəticəsində patensial təhlükə yaranıb. Pandemiyaya qarşı mübarizədə dövlət tərəfindən həyata keçirilən bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsinə, səylərimizi birləşdirməyə bu gün daha böyük ehtiyac vardır və bunun üçün hər birimizin üzərində vətəndaş məsuliyyəti olmalıdır. Qəbul olunan qərarlara, tibbi mütəqxəsislər tərəfindən tövsiyyələrə, vətəndaş cəmiyyəti institutları tərəfindən maarifləndirici tədbirlərin həyata keçirilməsinə baxmayaraq, koronavirus pandemiyasına yoluxma halları kəskin artmaqdadır. Bu onu göstərir ki, nə qədər məhdudiyyətli qərarlar qəbul olunsa da, bu məsələdə məsuliyyətli şəxsi yanaşma olmasa bu qərarların müsbət nəticəsi olmayacaqdır və bu isə bütövlükdə cəmiyyətin ciddi təhlükə qarşısında qalması deməkdir. Elementar ehtinasızlıq, özünün və doğmalarının həyatılarının itirilməsinə səbəb olan qaçılmaz bir fakta çevrilə bilər. Ona görə də, vətəndaşlara müraciət edirik, xahiş edirik, tövsiyyə olunan elementar qaydalara əməl etsinlər. Məsafənin saxlanılması, dizinfeksiya qaydalarına əməl olunması və maskadan mütləq istifadə olunması kimi, bu qaydalar yalnız ölkəmizdə deyil, bütün dünya dövlətlərində hər bir şəxsin yerinə yetirə biləcəyi çox sadə qaydalardır. Bu sadə qaydalara əməl etməklə, həm özümüzün, həm də doğmalarımızın həyatnı qorumuş oluruq. Tarixin ən ağır sınağı qarşısında həmrəy olaq, gözəl gələcək həyat üçün özümüzü və doğmalarımızı qoruyaq. Həmrəy olmaqla COVID-19-un yayılmasının dayandırılmasına kömək edə bilərik”, deyə Nüşabə Məmmədova bildirib.

sia.az

Digər xəbərlər